Accessibility links

Həlak olan hərbçilərin ailələri yürüş edib


Şəhid ailələri yürüş edib . [Photo by: Ramin Deko]
Şəhid ailələri yürüş edib . [Photo by: Ramin Deko]

11 min manat birdəfəlik müavinətin ödənilməsi ilə bağlı Bakıda Nizami küçəsindən Prezident Administrasiyasına doğru yürüş edən Qarabağ müharibəsində həlak olan hərbçilərin ailələrinə polis və mülki geyimlilər maneçilik törədib. Belə ki, ailə üzvlərinə həlak olan hərbçiləırin fotolarını əllərində aparmağa imkan verməyiblər. Polis və mülki geyimlilər onlara kütləvi şəkildə yox, iki-üç nəfər olmaqla getmək təklifi edib. Yürüşçülər bundan imtina edib.

“Biz bunu hüquqlarımızın tapdanması, şəhid adına hörmətslzlik kimi dəyərləndiririk. Dövlətin bizə verəcəyi 11 min manat müavinəti istəyirik”, həlak olmuş hərbçilərdən ailələ üzvlərindən biri deyib.

Yürüş edənlərin sözlərinə görə, onlara çatan pulu vermək istəmirlər və ailələrin həmin pulu qabaqlar aldığını deyirlər.

“Bizi nazirlikdən “Azərsığorta”ya, sığortadan nazirliyə göndərirlər”, onlar narazılıq edib.

Polisin müdaxiləsinə baxmayaraq Prezident Aparatına doğru yürüş davam etdirilib.

Xatırladaq ki, prezident İlham Əliyev bu ilin aprelində 1991-97-ci il avqustun 2-nə kimi Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olanlara 11 min manat müavinət verilməsi barədə sərəncam imzalayıb. Bu il oktyabrın 9-dan sənədlərin qəbuluna başlanılıb. Amma sənəd təqdim edən bir çox hərçilərin ailələrinə həmin vəsaiti aldıqlarını bildiriblər. Ailələr isə hesab edir ki, qabaqlar müavinət almayıblar. Onlar problemin araşdırılması üçün dəfələrlə Milli Məclisə və Prezident Administrasyasına və digər qurumlara müraciət edib. Amma məsələ hələ də həllini tapmayıb.

XS
SM
MD
LG