Accessibility links

ABŞ Müdafiə Nazirliyinin Humanitar Yardım Proqramı çərçivəsində Bərdədə yeni məktəb tikilib


Noyabrın 7-də Bərdə rayonunun Güloğlular kəndində (Bakıdan 305 kilometr qərb) 220 yerlik yeni məktəb binasının açılışı olub.

ABŞ-ın Azərbaycandakı Səfirliyinin məlumatına görə, yerli sakinlər və məcburi köçkünlər üçün nəzərdə tutulan məktəb binası ABŞ Müdafiə Nazirliyinin Humanitar Yardım Proqramı çərçivəsində ABŞ-ın Bakıdakı Səfirliyinin Müdafiə Əməkdaşlığı İdarəsi tərəfindən inşa edilib.

Bu gün ABŞ-ın və Azərbaycanın bir sıra rəsmilərinin, o cümlədən ABŞ-ın müvəqqəti işlər vəkili William Gill, Qaçqın və məcburi köçkünlərlə iş üzrə Dövlət Komitəsinin nümayəndələri, Təhsil Nazirliyi, Bərdə İcra hakimiyyəti və ABŞ Ordusu Mühəndislər Korpusunun (USACE) iştirakı ilə məktəbin rəsmi açılışı olub.

Bu layihə ABŞ Müdafiə Nazirliyinin Humanitar Yardım Proqramı vasitəsilə Azərbaycanda inşa edilən sayca 17-ci məktəb layihəsidir. Gələcək il üçün on səkkizinci məktəbin tikilməsi planlaşdırılır.

2003-cü ildən etibarən ABŞ Müdafiə Nazirliyi, məktəb tikintisi və su təchizatı layihələri daxil olmaqla, Azərbaycanda məcburi köçkün ailələrinə yardım məqsədilə həyata keçirilən 23 humanitar yardım layihəsini maliyyələşdirmək üçün təxminən 6 milyon dollar vəsait ayırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG