Accessibility links

Azərbaycanda gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kampaniyası [Video]


Azərbaycanda Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kampaniyası
please wait

No media source currently available

0:00 0:03:03 0:00

Hər il 25 noyabr dünyada Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü kimi qeyd edilir

Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi və Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ənənəvi “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasına başlayıb.

Kampaniyanın açılış konfransında dövlət qurumları, xarici diplomatik missiyalar və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri iştirak edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib ki, qadınlara qarşı hər bir zorakılıq halı, o cümlədən məişət zorakılığı hallarının cəmiyyət tərəfindən həmişə mənfi qarşılanmasına baxmayaraq dünyanın bir çox ölkələrində olduğu kimi, qadınlara qarşı zorakılıq hələ də mövcuddur

O bildirib ki, hər bir zorakılıq əməli, o cümlədən məişət zorakılığı qadınların hüquqlarının ciddi pozuntusu hesab edilməli və təsirli məsuliyyətə səbəb olmalıdır.

Məişət zorakılığı zəminində baş verən cinayətlər nəticəsində 112 nəfər qadın özünü öldürüb. Onların 11 nəfəri azyaşlı qızlardır.

Öz növbəsində BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai çıxışında qeyd edib ki, statistikaya əsasən Azərbaycanda qadınların təhsil, səhiyyə və sosial müdafiə sektorlarında çoxluq təşkil etməsinə baxmayaraq, onların hazırda azlıq təşkil etdikləri sahələr də daxil olmaqla rəhbər vəzifələrdə çalışmaları üçün səlahiyyətləndirmə prosesini intensivləşdirmək vacibdir.

Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev bildirib ki, Azərbaycan qanunvericiliyində qısamüddətli və uzunmüddətli mühafizə orderləri öz təminatını tapıb, ancaq onların tətbiqi mexanizmi təkmilləşdirilməlidir.

Daxili İşlər Nazirliyinin(DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəisi Adıgözəl Adıgözəlov deyib ki, 2018-ci ilin 9 ayı ərzində məişət zorakılığı zəminində baş verən 678 cinayət faktı qeydə alınıb.

O bildirib ki, bu ilin ötən dövründə qeydə alınan cinayət faktlarının 135-i özünü öldürmə həddinə çatdırma ilə bağlıdır:

"Məişət zorakılığı zəminində baş verən cinayətlər nəticəsində 112 nəfər qadın özünü öldürüb. Onların da 11 nəfəri azyaşlı qızlardır", o vurğulayıb.

“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” hər il 25 noyabr (Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü) -10 dekabr (Beynəlxalq İnsan Hüquqları Günü) tarixləri arasında keçirilən beynəlxalq kampaniyadır. Bütün dünyada fərdi şəxslər və təşkilatlar “16 günlük kampaniya” kimi genış şəkildə tanınan bu tədbir vasitəsilə hamını qadınlara və qızlara qarşı zorakılığın qarşısını almağa və aradan qaldırmağa çağırır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG