Accessibility links

Canavar məktəblilərə və kənd sakinlərinə hücum edib


Noyabrın 29-da Astara rayonunun Şüvi kəndində (Bakıdan 313 kilometr cənub) canavar məktəbə gedən şagirdlərə və kənd sakinlərinə hücum edib.

Azərbaycanın yerli mediasının məlumatına görə, canavar hücumunda üçü məktəbli olmaqla, yeddi nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralılar Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

"Şüvi kənd sakini Jalə Firudinzadə 1-ci sinifdə oxuyan oğlunu səhər saatlarında məktəbə apararkən yolda canavarın hücumuna məruz qalıb. Bundan sonra canavar uşaqlarını məktəbə aparan daha iki sakinə hücum edib. Daha sonra canavar digər sakinlərə də hücum edib", kəndin icra nümayəndəsi bildirirb.

Yerli sakinlər canavarın quduz olmasından narahatdır.

Hələ ki, rəsmi qurumlar canavarın hücumu ilə bağlı məlumat yaymayıb.

XS
SM
MD
LG