Accessibility links

Ukraynanın Sibirdə Rusiya dəmir yoluna yeni hücum etdiyi deyilir


Ukraynalı bir mənbə cümə günü Reuters agentliyinə bildirib ki, Ukraynanın daxili casusluq agentliyi Rusiyanın Sibirdə dərinlikdə yerləşən dəmir yolu xəttində partlayıcı qurğuları işə salıb.

Belə görünür bu insidentlər Kyivin Rusiyanın daxilində təxribat hücumları aparmağa, habelə Moskvanın 21 aydır Ukraynada apardığı müharibənin cəbhə xəttindən uzaqda Rusiyanın logistikasını pozmağa hazırlığı və bacarığını nümayiş etdirir.

Adını açıqlamaq istəməyən mənbə deyib ki, partlayıcılar yük qatarı Sibirin Monqolıstanla sərhəddə, Ukraynadan isə minlərlə kilometr uzaqda yerləşən Buryatia bölgəsində Çertov Körpüsündən keçərkən partlayıb.

Mənbə bildirib ki, qatar bir gün öncə yaxınlıqdakı tunelə hücumdan sonra ehtiyat dəmir yolundan istifadə edirdi.

Təhlükəsizlik mənbələrinə çıxışı olan Rusiyanın "Baza" media orqanı bildirib ki, yedək yoldan istifadə edən qatarda dizel yanacağı ilə dolu çənlər alışıb və mal daşıyan altı vaqon yanıb. Mətbuat orqanı tələfatın olmadığını və partlayışın səbəbinin naməlum olduğunu bildirib.

Hər iki əməliyyatın Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən aparıldığını bildirən ukraynalı mənbə də rus Telegram kanallarına istinad edərək, zərərlə bağlı bənzər qiymətləndirmə verib.

Reuters nə iddiaları müstəqil şəkildə yoxlaya nə də həmin yolun hərbi təchizat üçün istifadə edilib-edilmədiyinini təhlil edə bilməyib. Rusiya İstintaq Komitəsinin regional şöbəsi şərh üçün yazılı sorğuya dərhal cavab verməyib.

Ukrayna mənbəsi cümə axşam bildirib ki, Ukrayna Təhlükəsizlik Xidməti əvvəlki hücumda partlayıcıları yük qatarı Buryatiada Severomuyski tunnelindən keçərkən işə salıb.

Rusiya müstəntiqləri qatarın naməlum şəxslər tərəfindən “terror aktı” nəticəsində partladıldığını bildirib. Bu barədə Moskvada fəaliyyət göstərən Kommersant qəzeti adı açıqlanmayan mənbələrdən sitat gətirərək bildirib.

Böyük dəmir yolu şəbəkəsini idarə edən dövlətə məxsus Rusiya Dəmir Yolları şirkəti bildirib ki, nəqliyyat ilk hücumdan sonra yeni marşrutla yönləndirilib, bu da səyahət vaxtlarını bir qədər artırıb, lakin nəqliyyat hərəkəti kəsilməyib.

Ukrayna mənbəsi bildirib ki, ikinci hücum dəmir yolu hərəkətinin dəyişdirilməsini nəzərdə tutub və Rusiyanın Baykal-Amur magistral xəttində Şərqi Sibir və Rusiyanın Uzaq Şərqindən keçən Çertov körpüsündə ehtiyat marşrutu hədəf alıb.

Rusiyanın Trans-Sibir Dəmir Yolu Rusiyanın yük daşımaları üçün Baykal-Amur magistralından daha vacib hesab olunur.

Şəxsiyyətinin açıqlanmasını istəməyən Rusiyanın dəmir yolu sənayesindən bir mənbə ehtiyat marşrutun işlədiyini və cümə günü günortadan sonra yük daşıyan tərəfindən istifadə edildiyini söyləyib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG