Accessibility links

Cənubi Afrikada özəl şirkətlər insanları COVID-ə qarşı peyvəndə təşviq edir


Cənubi Afrikada özəl şirkətlər insanları COVID-ə qarşı peyvəndə təşviq edir
please wait

No media source currently available

0:00 0:03:09 0:00

Cənubi Afrikada özəl şirkətlər insanları COVID-ə qarşı peyvəndə təşviq edir

Pandemiyadan təxminən iki il keçməsinə baxmayaraq, Cənubi afrikalı yetkinlərin yarısından az hissəsi peyvənd olunub. Cənubi Afrika hökuməti peyvənd mandatlarını məcburi etmək istəməsə də, artıq özəl şirkətlər insanları peyvəndə təşviq etmək üçün işə başlayıb.

Cənubi Afrikada COVID-19 peyvəndi üçün minlərlə məntəqə açılsa da, xəstə axını dayanıb. Avqust ayında bir həftə ərzində 1 milyondan çox peyvənd tətbiq edildiyi halda keçən həftə bu rəqəm 150 mindən aşağı olub. Azalma hökumətin 2021-ci ilin sonuna qədər ölkədəki əhalinin 67%-nin peyvənd edilməsi ilə bağlı hədəfinə çatmadığı vaxt baş verir.

Yohannesburqdakı Parkhurst klinikasının meneceri Florens Mosiane deyir ki, dezinformasiyaların qarşısının alınması daha çox insanı peyvənd etməyə təşviq edə bilər. “Cəmiyyətimiz peyvəndin nəyə görə edilməli olduğu, peyvəndin əhəmiyyəti haqqında daha çox maarifləndirilməlidir. Daha çox məlumat müqaviməti və peyvənd haqqında mifləri azalda bilər. ”

Şirkətlər xalqı maarifləndirmədən kənar addımlar atır.

Discovery Cənubi Afrikanın ən böyük özəl sağlamlıq sığorta şirkətidir. Şirkət mükafatlar və həyat sığortası üzrə nəğd pulların geri qaytarılmasını təklif etməklə, müştərilərini peyvənd etməyə təşviq edir.

Discovery həmçinin sentyabr ayında 11 min işçisinin peyvənd olunmasını tələb edib və siyasət işə yarayıb. İşçilərin peyvənd nisbətləri üç ay ərzində 22%-dən 94%-ə yüksəlib. Ronald Velan: “Discovery bunu yaxşı edir və bu illər ərzində davranış psixologiyası, insanları müəyyən tərzdə davranmaq və bu davranış dəyişikliklərini dəstəkləmək üçün təşviqlər və mükafatlarla bağlı böyük işlər görüb. Lakin bu davranış dəyişiklikləri yalnız müəyyən bir həddə qədər işləyir. 70%-ə çatmağa başladıqdan sonra insanların finiş həddini keçmələri üçün daha güclü təşviqlərə ehtiyac olur.“

Velan işçilərin əksəriyyətinin mandatı bəyəndiyini və işə arxayın qayıtdıqlarını, lakin işçilərin iki-üç faizinin hələ də müqavimət göstərdiyini deyir.

Daha çox şirkət oxşar siyasətlər tətbiq etdikcə, bunun fərdi hüquqların pozulması olması iddiaları ilə açılan məhkəmə işlərinin sayı artır. Ölkə hələ də məhkəmələrin məsələ ilə bağlı necə qərar verəcəyini gözləyir.Qərar tez bir zamanda qəbul edilməzsə, ölkənin çətin əldə etdiyi peyvənd tədarükü başa çata bilər.

Noyabr ayında hökumət Johnson and Johnson və Pfizer-dən, eləcə də ABŞ hökumətindən daha çox peyvənd göndərilməsini təxirə salmağı istəyib. Həmin ay Prezident Siril Ramafosa geniş mandatların nəzərdən keçirildiyi barədə xəbərdarlıq edib. “Biz elə bir nöqtəyə gəldik ki, peyvənd tədarükümüz onlara olan tələbatı üstələyir. Buna görə də biz bu tələbi bərpa etməliyik ki, əlimizdə olan bütün peyvəndlərdən istifadə olunsun və əhali səviyyəsində immunitetə nail olaq.“

O deyir ki, klinikalara nəqliyyat və digər maneələr aradan qaldırısa, mandatlar peyvənd nisbətlərinin artırılmasında mühüm rol oynaya bilər.

XS
SM
MD
LG