Accessibility links

Cənubi Afrika parlamentinin binasında baş verən yanğınla əlaqədar şübhəli şəxs həbs edilib


Cənubi Afrika parlamentinin binasında bazar günü baş verən yanğının böyük zərər vurduğu bildirilir, binaların birində dam örtüyü uçub, bir mərtəbəsi isə yanıb.

Yanğınla əlaqədar yaşı 50-dən yuxarı olan bir nəfər həbs edilib.

Yanğın səhər tezdən başlayıb. Rəsmilərin bildirdiyinə görə, yanğınsöndürmə sistemi belə görünür, icazəsiz müdaxilə səbəbindən işləməyib. Günortadan sonra yanğınsöndürənlər Keyptaun parlament kompleksini təşkil edən bir neçə binadan birində yanğını söndürməyə çalışıblar.

İctimai işlər və infrastruktur naziri Patrisiya de Lill jurnalistlərə parlament binasında bir nəfərin həbs edildiyini bildirərək, təhqiqatın elit polis bölməsinə həvalə olunduğunu əlavə edib.

Parlamentdən verilən açıqlamada şübhəlinin 50-59 yaşlar arası bir kişi olduğu bildirilir.

Ölən və yaralananların olduğu barədə məlumat verilməyib.

Yanğının səbəbi hələlik məlum deyil, lakin de Lill Milad bayramı və Yeni il üçün parliamentin bağlanmasından əvvəl standart yanğın təlimlərinin keçirildiyini və bütün sistemlərin işlədiyini bildirib.

“Bu səhər məlum olub ki, kimsə klapanlardan birini bağlayıb və buna görə də avtomatik çiləyici sistemi işə salmaq üçün su olmayıb”, o, bildirib. De Lill müşahidə kameraları görüntülərinin gecə yarısından sonra binada bir nəfərin olduğunu təsdiqlədiyini qeyd edib.

Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa binaya baş çəkib və bundan sonra jurnalistlərə yanğına baxmayaraq parlamentin işini davam etdirəcəyini bildirib. O, həmçinin yanğınsöndürənlərə “hökumətimizin çox mühüm milli sərvətini” xilas etdiklərinə görə təşəkkür edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG