Accessibility links

Cənubi Karolinada Konfederasiya bayrağı endirildi


Cənubi karolina Magistral Patrulunu təmsil edən fəxri qarovul ştat kapitoli ərazisində 50 ildən çoxdur ki, dalğalanan Konfederasiya bayrağını endirib.

Tarixi səhnəni müşahidə edən müxtəlif irqli adamlar "USA, USA" deyə qışqırıblar. Bəziləri əllərində Birləşmiş Ştatların bayrağını dalğalandırıb.

Mərasim Cənubi Karolina rəsmilərinin Konfederasiya bayrağının ABŞ-ın cənub ştatının dövlət binası qarşısından götürülməsinə qərar verməsindən sonra baş tutub.

Çarlstondakı kilsədə 9 afro-amerikalını qətlə yetirmiş Dylann Storm Roof vaxtikən Konfederasiya bayrağı ilə birgə şəkil çəkdirmişdi.
Çarlstondakı kilsədə 9 afro-amerikalını qətlə yetirmiş Dylann Storm Roof vaxtikən Konfederasiya bayrağı ilə birgə şəkil çəkdirmişdi.

Qubernator Nikki Heyli Demokrat və Respublikaçıların vətəndaş müharibəsi dövründən qalmış bayrağın endirilməsinə dair dəstəklədikləri qanunu imzalayıb. Bayraq ağdərili irqçinin kilsədə doqquz qaradərili kilsə üzvünü öldürməsinin ardınca götürülür.

Cənubi Karolinada ştat senatorlarından sonra Nümayəndələr Palatasının qanunvericiləri də 13 saat davam edən emosional mübahisədən sonra bayrağın götürülməsi qərarına gəlmişdilər.

Heyli bu günü Cənubi Karolina ştatında mühüm gün adlandırıb. O deyib ki, yaraların sağaldığı bir vaxtda bu qərar ştat insanlarını birləşdirir. Heyli qanunu imzaladığı doqquz qələmi rəmzi olaraq kilsə qətliyamında həlak olan insanların ailə üzvlərinə verib.

17 iyunda Dylann Roof adlı ağdərili gənc Çarlstondakı Emmanuel Afrikalı Metodist Yespiskopal Kilsəsində 9 afro-amerikalını qətlə yetirib. İrqi motivlə törədilmiş qətllərin müəllifi qaradərililərə nifrət əlaməti olaraq Konfederasiya bayrağı ilə birgə şəkil çəkdirib.

Qubernator Heyli deyib ki, bayraq hörmət və rəğbətlə endirilərək muzeyə təqdim ediləcək.

XS
SM
MD
LG