Accessibility links

Cənubi Koreyada fitness mərkəzindəki yanğınla bağlı təhqiqata başlanıb


Cənubi Koreyanın Çeçxon şəhərindəki fitness mərkəzində 29 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı təhqiqata başlayıb.

Milli Yanğın Agentliyi yanğının cümə axşamı səhər saatlarında avtomobildə baş verdiyini və sonra 8 mərtəbəli binaya keçdiyini bildirib. Ölənlərin çoxu həmin binanın saunasında olan insanlardır.

Reuters xəbər agentliyi təhqiqatçılardan birinə istinadən binanın birinci mərtəbəsindəki avto-parkinqdə yanan avtomobillərdən çox miqdarda zəhərli qaz çıxdığını bildirib.

Xəbərdə eləcə də bildirilib ki, bir nəfər anasını, həyat yoldaşını və qızını itirib.

Yanğın əvvəlcə maşında başlayıb, daha sonra 8 mərtəbəli binanı bürüyüb. İnsanlar binadan çıxmağa nail olmayıb. Tüstü ətrafı bürüyərək, insanların evakusiyasına mane olub.

Çeçxon şəhəri paytaxt Seuldan 118 kilometrlik məsafədə yerləşir.

XS
SM
MD
LG