Accessibility links

Cənubi Koreya və ABŞ Şimali Koreyanın sınaqlarına cavab olaraq ballistik raketlər atıb


Cənubi Koreya və ABŞ Şimali Koreyanın silah sınaqlarına cavab olaraq bazar ertəsi səkkiz ballistik raketin buraxılışını həyata keçirib.

Bu haqda məlumatı Seul hərbi qüvvələri verib. Şimali Koreya bundan bir gün əvvəl dənizə 8 ədəd raket ataraq sınaq həyata keçirmişdi.

Birləşmiş Qərargahlar bildirib ki, müttəfiqlər səhər tezdən Yapon dənizi kimi tanınan Şərq dənizindəki hədəflərə ordu taktiki raket sisteminin yer-yer tipli (ATACMS) raketini atıblar.

10 dəqiqəlik raket buraxılışı Şimali Koreyanın ABŞ-ın təyyarədaşıyan gəmisinin etdiyi Cənubi Koreya-ABŞ birgə hərbi təlimindən sonra 8 qısa mənzilli ballistik raket atmasından bir gün sonra həyata keçirilib.

“Hərbçilərimiz Şimalın silsilə ballistik raket təxribatlarını qəti şəkildə pisləyir və yarımadada hərbi gərginliyi artıran hərəkətləri dərhal dayandırmağa çağırır” - deyə, Cənubi Koryea bildirib.

Ağır iqtisadi sanksiyalarla üzləşməsinə baxmayaraq, Pxenyan bu il silah proqramının müasirləşdirilməsi səylərini ikiqat artırıb. Rəsmilər və təhlilçilər Şimali Koreya rejiminin yeni nüvə sınağı keçirməyə hazırlaşdığı barədə xəbərdarlıq edir.

Cənubi Koreyanın yeni prezidenti Yoon Suk Yeol Pxenyanın təxribatlarına qarşı daha sərt mövqe nümayiş etdirəcəyinə söz verib. Bazar ertəsi həyata keçirilən raket buraxılışı müttəfiqlərin ikinci belə birgə güc nümayişidir.

Keçən ay Seul və Vaşinqton Pxenyanın üç ballistik raket atmasından sonra təxribatlarına cavab olaraq 2017-ci ildən bəri ilk birgə raket buraxılışı həyata keçirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski BMT Baş Katibini və Türkiyə prezidentini Lvivdə qəbul edib
please wait

No media source currently available

0:00 0:13:32 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG