Accessibility links

ABŞ-ın şərq ştatları artik soyuqların təsiri altındadır


Nyu York şəhərində yerləşən fontan şaxtalar səbəbindən donub
Nyu York şəhərində yerləşən fontan şaxtalar səbəbindən donub

Son həftələrdə Birləşmiş Ştatları öz cənginə alan şaxtalı hava şəraiti 9 nəfərin ölümünə səbəb olub.

Milli Meteorologiya Xidmətinin verdiyi məlumata görə, qarşıdakı günlərdə havanın temperaturu daha da aşağı düşəcək və soyuq hava kütlələri ABŞ-ın mərkəzi və şərqi ştatlarına doğru hərəkət edəcək.

Cənubi Karolinada yerləşən su fontanının donması arktik hava kütlələrinin ABŞ-ın böyük bir hissəsinə necə təsir etdiyinin nümunəsidir.

Ancaq soyuqda yaşamağa öyrəşmiş alyaskalılar havanın qeyri-adi dəyişməsinin gətirdiyi yumşaq havadan zövq almağa çalışırlar.

“Yanvar ayına görə hava çox yumşaqdır. Adətən bu vaxtlar havanın temperaturu mənfi 30 dərəcəyə qədər düşür. İndi isə bir az istidir.” - deyə, Alyaska sakini Aşley Darst bildirib.

Alyaskalılar nisbətən isti havadan faydalandığı müddətdə sinoptiklər gələn həftə ABŞ-ın şərq hissəsini qar və buza qərq edəcək Artik fırtınanın hərəkət istiqamətini izləyirlər.

Özəl hava proqnozu şirkəti olan “AccuWeather”-in verdiyi məlumata görə, soyuq hava kütlələri Bahamalardan gələn qasırğa ilə birləşərək, ölkənin şərq sahillərində güclü külək və qar yağmasına səbəb olacaq.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG