Accessibility links

Arktik hava dalğası ABŞ boyu irəliləməkdədir


Milyonlarla amerikalı ən soyuq hava şəraiti ilə üzləşır. Arktik şaxta ölkə boyu irəliləməkdə davam edir.

Meteoroloqlar çərşənbə gününün şaxtasının tarixə yazıla biləcəyini deyir.

İllinoys, Miçiqan və Viskonsin ştatlarında fövqəladə vəziyyət elan edilib.

Sinoptiklər şaxtalı hava şəraiti adi hal olan Çikaqo şəhərində çərşənbə günü heç vaxt qeydə alınmayan, ən aşağı temperaturun gözlənildiyini bildirib.

“Soyuqdan qorunmaq üçün isti və təhlükəsiz yerə ehtiyacı olan hər kəs 311-ə zəng edərək sığınacaqla təmin ediləcək. Bizim əsas prioritetimiz sakinlərimizin, əsasən də ən həssas sakinlərimizin təhlükəsizliyini təmin etməkdir” - deyə, Çikaqo şəhərinin meri Rahm Emanuel bildirib.

Çərşənbə axşamı Minnesotada küləklə temperatur mənfi 52 dərəcə hiss edilib. Soyuqdan azı 4 nəfərin öldüyü deyilir.

Soyuq hava şəraiti Orta Qərbdən Floridanın şərq sahillərinə qədər irəliləyəcək.

XS
SM
MD
LG