Accessibility links

İnsansız fəza gəmisi beynəlxalq stansiyaya çatıb


İnsansız SpaceX fəza gəmisi Floridanın Keyp Kanaveral şəhərindən fəzaya qalxdıqdan iki gün sonra - bazar günü Beynəlxalq Fəza Stansiyasına enib.

SpaceX Dragon bazar günü səhər stansiyaya çatıb. Fəza gəmisində qida məhsulları və labarotoriya ləvazımatından ibarət 3100 kq-lıq yük olub.

Gəmi həmçinin ilk dəfə istifadə olunacaq şişmə otaq lahiyəsini də gətirib. Bigelov Expandable Activity Module adalanan bu otaq müvəqqəti olaraq stansiyaya bağlanaraq fəza radiasiyalarından və tullantılarından necə qorunduğu sınaqdan keçiriləcək.

ABŞ fəza agentliyi Marsa üç illik səyahət zamanı orada yaşamaq üçün şişirilə bilən ləvazimatların istifadəsində maraqlıdır.

Fəza Stansiyasında olan astronavtlar gələcək ay otaq modulunu şişirdərək iki il ərzində otağa girib-çixaraq vəziyyətlə maraqlanacaq.

SpaceX Dragon fəza gəmisi stansiyada 1 ay qaldıqdan sonra elmi araşdırmalarla Yer Kürəsinə geri dönəcək.

XS
SM
MD
LG