Accessibility links

SpaceX nəhəng Falcon Heavy raketini uğurla fəzaya buraxdı


Milyarder biznesmen, mühəndis və ixtiraçı Elon Mask tərəfindən 16 il öncə əsası qoyulan SpaceX şirkəti çərşənbə axşamı ən nəhəng raketini uğurla fəzaya buraxmağa müvəffəq oldu. 70 metr hündürlüyündə olan 27 mühərrikli Falcon Heavy günəş orbinə qalxandan sonra Mask müxbirlərə raketin gözləntiləri aşdığını bildirib.

Üç kiçik Falcon-9 raketindən ibarət Falcon Heavy Floridada yerləşən Kennedi Fəza Mərkəzindən buraxılıb. Bu raket iqtisadi cəhətdən daha səmərəli şəkildə 60 tona qədər yükü standart aşağı-orbitə daşımaq üçün nəzərdə tutulub. Buraxılması 90 milyon dollara başa gələn raketin içində Maskın şəxsi Tesla Roadster avtomobili yerləşdirilib.

Fəza təhlilçisi Morris Cons Amerikanın Səsinə bildirib ki, 64 ton çəkisində olan Falcon Heavy hal-hazırda dünyanın ən böyük raketi olsa da, tarixdəki ən böyük raket deyil. Bu raket yenidən istifadə edilə bildiyidən onun əməliyyat məsrəfləri daha əlverişlidir.

Bununla bərabər SpaceX daha böyük raketi Big Falcon Rocket üzərində çalışır. Mask ümid edir ki, bu raket turistləri fəzaya apara biləcək.

XS
SM
MD
LG