Beynəlxalq Fəza Stansiyasına gedən ilk şirkət orbitdəki laboratoriyaya ilk karqo daşıma missiyasına başlayıb. Bu, ABŞ fəza agentliyi NASA ilə 1.6 milyard dollarlıq müqavilə əsasında baş tutub.
Kaliforniyadakı SpaceX şirkətinin istehsal etdiyi Falcon9 raketi dünən ABŞ-ın cənubundakı Florida ştatındanın Keyp Kanaveral uçuş mərkəzindən havaya qalxıb. Raket şirkətin "Dragon" kapsulasını çərşənbə günü səhər saatlarında stansiyaya çatdırmağı planlaşdırır.
"Dragon" orbitdəki laboratoriyaya 455 kiloqramlıq təchizat aparır və geriyə Yer Kürəsinə qayıdarkən karqonun çəkisinin bundan 2 dəfə çox olacağı gözlənilir.
SpaceX may ayında Beynəlxalq Fəza Stansiyasına sınaq çatdırılmanı uğurla başa vurmuşdu. Hazırki missiya NASA-nın cari müqaviləsinə uyğun baş tutacaq12 təchizat daşınmasından birincisidir. "Dragon" kapsulunun Yer Kürəsinə oktyabr ayının 28-i qayıtması planlaşdırılıb.