Accessibility links

İspaniya baş nazirin Pegasus casus proqramı vasitəsi ilə dinlənildiyini bildirib


İspaniya Baş Naziri Pedro Sançes
İspaniya Baş Naziri Pedro Sançes

İspaniya höküməti bazar ertəsi bildirib ki, ölkənin baş naziri Pedro Sançes və müdafiə naziri Marqarita Roblesin istifadə etdiyi mobil telefonlar Pegasus casus proqramı vasitəsilə "xarici və qanunsuz" müdaxiləyə məruz qalıb.

Yüksək səviyyəli dövlət rəsmisinin bildirdiyinə görə, onların telefonları hələ keçən il İsraildə yerləşən NSO Group şirkətinə məxsus proqrama yoluxdurulub. Bu proqram 2021-ci ildən etibarən dünya miqyasında çoxsaylı araşdırmaların hədəfindədir.

"Bu bir fərziyyə deyil, bunlar böyük ağırlığı olan faktlarıdır" - deyə, prezident administrasiyasında nazir Feliks Bolanos bildirib.

"Biz tamamilə əminik ki, bu xarici bir hücum idi... çünki İspaniyada, bizim kimi demokratik bir ölkədə bütün bu cür müdaxilələr rəsmi orqanlar və məhkəmənin icazəsi ilə həyata keçirilir. İndiki halda adı keçən heç bir qurum bu dinləməyə yol verməyib, bu səbəbdən də bunun kənar müdaxilə olduğuna dair şübhəmiz yoxdur. Biz məhkəmənin araşdırma aparmasını istəyirik", o həmçinin əlavə edib.

Bolanos İspaniya rəsmilərinin hücumun haradan qaynaqlandığı və ya bunun hansı ölkə tərəfindən edilə biləcəyi barədə məlumat verməyib. O bildirir ki, Sançesin telefonu 2021-ci ilin may ayında, Roblesin telelfonunu isə həmin ilin iyun ayında dinlənilib.

"Həmin tarixlərdən sonra başqa dinləmələrin olduğuna dair heç bir sübut yoxdur" deyən Bolanos həmçinin bildirib ki, hər iki telefon dinlənməsindən "müəyyən miqdarda məlumat" çıxarılıb.

Bununla yanaşı, El Pais qəzeti hakerlərin Sançesin telefonundan 2,6 giqabayt, Roblesin telefonundan isə doqquz meqabayta qədər məlumat çıxardıqlarını, lakin hökumətin hələ də "oğurlanmış məlumatın xarakterini və həssaslıq dərəcəsini" bilmədiyini yazır.

Hücuma onların şəxsi telefonları deyil, dövlət tərəfindən verilən iş telefonları məruz qalıb.

Bolanos bildirib ki, hazırda ekspertlər İspaniya hökumətinin digər üzvlərinin Pegasus proqramının hədəfi olub-olmadığını yoxlayır.

XS
SM
MD
LG