İspaniyanın şimal bölgəsində qatarın qəzaya uğraması 80 nəfərin ölümünə, 140 nəfərdən çoxunun isə yaralanmasına səbəb olub. Region rəsmilərinin bildirdiyinə görə, qatar dünən gecə Santiaqo De Kompostela şəhəri yaxınlığında relsdən çıxıb.
Qatarın sürücüsü sorğu-suala çəkilib. Polis qatarın 80 km/saat sürət limitini aşdığını güman edir.
Qəzanın baş verdiyi yerdən televiziya yayımlanan görüntülərdə qatarın dağılmış vaqonlarının yanında üstü örtülmüş cəsədlər göstərilib.
Madrid şəhərindən ölkənin şimal-qərbindəki Ferrol şəhərinə gedən qatar qəzaya İspaniyanın Qalisiya regionunda xristianların Müqəddəs Ceyms festivalına hazırlıqlar getdiyi vaxt baş verib.
Santiaqo De Kampostelada anadan olmuş İspaniyanın ba naziri Mariano Rahoy bu gün hadisə yerində olmuş və yaralılara baş çəkmək üçün xəstəxanaya getmişdir.