Accessibility links

Madridin “Siesta & Go” barı insanların dincəlməsinə imkan yaradır [Video]


Madridin “Siesta & Go” barı insanların dincəlməsinə imkan yaradır
please wait

No media source currently available

0:00 0:02:41 0:00

Günorta yuxusu İspaniyanın demək olar ki, milli ənənəsidir. Lakin ictimai yerlərdə yatmaq yeni bir şeydir. Madriddə “Siesta & Go” barı London, Brüssel, Tokio və digər şəhərlərdə açılan oxşar barlardandır.

Günortadan sonra yorğunluq hiss edən və dincəlmək üçün kölgəli bir yer axtaran insanlar Madridin “Siesta & Go” barına gəlib, orada yata bilər. Şəhərin mərkəzində, ticarət mərkəzlərinin və bizneslərin qaynadığı yerdə yerləşən bu bar səhər saat 11:00-dan axşam saat 7:00-dək açıq olur.

Müştərilər buradakı 19 yataqdan hər birini dəqidə və ya saat hesabı ilə icarəyə götürə bilər. Burada ümumi və şəxsi otaqlar da var. Şəxsi otağın bir saatı 15 dollardır. Bu barda sadəcə dincəlmək və ya kitab oxumaq üçün xüsusi otaq da var. Qrafik dizayneri Filip Marko: “Mənim iş yerim evimdən çox uzaqdır və mən gün ərzində çox yoruluram. Buna görə də mən siyestada dincəlirəm.”

“Siesta & Go” müştəriləri təmiz yataq üzləri, ədyallar, rahat balışlar və gecə köynəkləri ilə təmin edir. Burada müştərilərə wifi, kofe və qəzet də təklif edilir. Burada yatmağa gələnlər yuxuya qalmaqdan narahat olmamalıdır, çünki işçilər onları lazım gəldiyi vaxt oyadır.

Digər müştərilər kimi Filip Marko da burada yatıb dincəlir və işinə yeni enerji ilə davam edir. “Mən burada cəmi 30 dəqiqə dincəlirəm. 30 dəqiqə yatmaq mənə axşamadək işləməyim üçün kifayət edir.”

Lakin bəzi ispanların günorta bu barda yatmaq imkanı yoxdur. Maliyyə işçisi Karlos Villaroha: “Bu, ispan ənənəsidir, lakin mənim fikrimcə bu, uydurma bir ənənədir. Çünki bizim bir həyat tərzimiz, iş saatlarımız, yəni bir ritmimiz var. Bizim siyesta üçün vaxtımız çox azdır, Hər halda mən yalnız həftə sonu dincələ bilirəm.”

Səhiyyə üzrə ekspertlər isə işçilərə sıx iş qrafiki olduğu halda belə dincəlmək üçün vaxt ayrılmasını tövsiyə edir. “Adətən günorta yuxusunun iş qabiliyyətini yaxşılaşdırdığı, enerji səviyyəsini yüksəltdiyi, yaddaşı yaxşılaşdırdığı və diqqətin cəmlənməsinə yardım etdiyi deyilir. Həqiqətən də biz bu fərqi yatan və yatmayan insanlar arasında görə bilirik” deyə, doktor Gay Meadovs bildirir.

Şəhərin gərgin ritminə baxmyaraq, günorta yuxusunun tərəfdarları ümid edir ki, “Siesta & Go” barı yuxu almağın faydalarını göstərəcək və daha çox adamın günorta dincəlməsinə imkan yaradacaq.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG