Accessibility links

Cinsi təcavüzdə ittiham olunan Kevin Speysinin karyerası enişdədir


Tanınmış aktyor, Oskar mükafatı sahibi Kevin Speysiyə qarşı ünvanlanan cinsi təcavüz ittihamları onun karyerasını tənəzzülə aparmağa davam edir.

Sony Pictures-dən verilən məlumata görə, şirkət Speysini, çəkməyə planlaşdırdıqları “Dünyanın bütün pulu” (All the Money in the World) adlı bədii filmdən uzaqlaşdıraraq, baş rolu digər veteran aktor və Oskar mükafatı sahibi Kristofer Plammerə verəcək.

Speysi, digər aktyor Entoni Repə qarşı cinsi təcavüz ittihamları aldığı gündən bəri onun aktyorluq peşəsində qazandığı hörmətdən sürətlə məhrum olunması müşahidə olunur. Repin bildirdiyinə görə, həmin hadisə 1986-cı ildə, onun 14 yaşı olanda baş verib.

Daha sonra bəyanat yayaraq, Repin səsləndirdiyi hadisəni xatırlamadığını bildirən Speysi, özünün gey olduğunu elan edib.

Həmin xəbərdən sonra 10-dan çox kişi Speysini cinsi təcavüzdə ittiham edib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG