Accessibility links

Hörümçək adam komiksinin səhifəsi rekord $3,36 milyon dollara satılıb


1984-cü ildə Hörümçək-adam komiksindəki bir səhifəlik sənət əsəri yanvarın 13-də hərracda rekord qiymətə - 3,36 milyon dollara satılıb.

Mayk Zekin "Marvel Comics"in Secret Wars № 8-dən 25-ci səhifə üçün çəkdiyi rəsm əsəri "Spidey"in qara kostyumunun ilk təsviridir. Simbiot kostyumu daha sonra Venom personajının yaranmasına səbəb olub.

Heritage Auctions tərəfindən təqdim edilən bu şəkil, Hörümçək Adamın indi ikonik qara kostyumunun mənşəyi hekayəsindən bəhs edən 1984-cü il Marvel komiksi 'Secret Wars No. 8'dən Səhifə 25-i göstərir.
Heritage Auctions tərəfindən təqdim edilən bu şəkil, Hörümçək Adamın indi ikonik qara kostyumunun mənşəyi hekayəsindən bəhs edən 1984-cü il Marvel komiksi 'Secret Wars No. 8'dən Səhifə 25-i göstərir.

330 000 dollardan başlayan və 3 milyon dolları keçən rekord təklif Dallasda Heritage Auctions-ın dörd günlük komiks tədbirinin ilk gününə təsadüf edib.

ABŞ komikslərinin daxili səhifəsi üçün qeydə alınan əvvəlki rekord Wolverine-nin ilk təsviri olan və The Incredible Hulk-ın 1974-cü il buraxılışından olan rəsm üçün 657 250 dollar olub.

Həmçinin cümə axşamı Supermenin debütü olan 1 nömrəli Action komikslərinin sağ qalan bir neçə nüsxəsindən biri 3,18 milyon dollara satılaraq onu indiyə qədər hərraca çıxarılan ən bahalı kitablar sırasına daxil edib.

Satıcıların və ya alıcıların heç birinin kimliyi açıqlanmayıb.

XS
SM
MD
LG