Accessibility links

Spirtli içkilər beynə ciddi ziyan vurur


Spirtli işçilərdən hətta normal həcmdə istifadə edilməsi beynə ciddi ziyan vurur.

Çox miqdarda alkohol beyin sağlamlığını ciddi şəkildə pozulduğu müşahidə edilib.

İngiltərənin Oksford Universitetinin alimlərinin 30 il ərzində həftədə 8-12 qədəh içki içənlərin beynində apardıqları tədqiqatlardan məlum olub ki, spirt beyində degerasiyaya yol açır.

Araşdırmalarda iştirak edənlər həm də xüsisi anketlər doldurur. Hər 5 ildən bir keçirilən bu sorğular beyin funksiyasının gerilədiyini aşkar edib.

Amerikada ürək xəstələrinə 1, və ya 2 qədəh şərab məsləhət görülür.

Lakin London alimləri bunu yanlışlıq kimi qiymətləndirərək, araşdırmaların nəticələrinə uyğun olaraq bu tendensiyanın dəyidirilməsini məsləhət görür.

XS
SM
MD
LG