Accessibility links

Rusiya təsir gücünü artırmaq məqsədilə mediaya sərmayə edir [Video]


Rusiya təsir gücünü artırmaq məqsədilə mediaya sərmayə edir
please wait

No media source currently available

0:00 0:02:56 0:00

Rusiya təsir gücünü artırmaq məqsədilə mediaya sərmayə edir

Rusiya höküməti beynəlxalq radio və televiziya yayımını maliyyələşdirməklə, özlərinin dedikləri kimi alternativ xəbər və baxış təqdim etməyə dəstəkçi olur. Dövlət tərəfindən maliyyələşən Sputnik bu yaxınlarda Vaşinqtonda, Ağ Evin yaxınlığında ofis açıb. Onlar iyulun 1-dən yayımlarına başlayıblar. Sputnik artıq bir neçə ildir ki, Vaşinqtonda ofisə malik olan Russia Today televiziya kanalının yolu ilə gedir. Hər iki media qurumu Avropada və dünyanın digər yerlərində auditoriya toplayıb. Bu qurumların fəaliyyəti onların Kremlin təbliğat vasitəsi olduğu inanan insanların qəzəbli reaksiyalara səbəb olub.

Şimali Karolinanın Milli Müdafiə Universitetinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə professoru Piter Eltsov keçən ay Serbiyaya səfəri zamanı Belqradda Sputnik-ə müsahibə verib. Onun fikrincə, Sputnik-in mövqeyinə Kremlin təsir etməsində heç bir şübhə yoxdur.

“Onu vurğulamalıyam ki, onlar söz kəsmirlər, səninlə sərbəst danışırlar. Amma mesaj və suallar 100 faiz Kremlə meylli idi. Xüsusilə də keçmiş Sovet İttifaqı, Ukrayna, Qafqaz və Avropa siyasəti mövzularında. Bu sanki, Putinin mətbuat katibini birbaşa dinləmək kimi bir şey idi.”

Elstov deyir ki, Sputnik-in Belqrad studiyası müasirdir və şəhərin mərkəzində, çox rahat bir yerdə yerləşir.

“Onların Belqradda çox gözəl studiyaları var. Onlar çox yaxşı maliyyələşirlər. Onlar paytaxtın Köhnə Şəhər hissəsində yerləşirlər və bir neçə dil bilən bacarıqlı əməkdaşlara sahibdirlər.”

Rusiya dövləti tərəfindən maliyyələşən media qurumları izləyicilərinə kabel və peyk televiziyaları, habelə İnternet və sosial media vasitəsilə ilə çıxırlar. Russia Today-in televiziya şəbəkəsi peyk və kabelin köməkliyi ilə 100 ölkədə milyonlarla evi əhatə edir. İngilis dilində olan televiziya kanalı ilə bərabər, Russia Today-in ərəb və ispan dillərində də proqramları var. Həm Sputnik, həm də Russia Today qeyri-etik fəaliyyətdə ittiham olunurlar. Fransa prezidenti Emmanuel Makron deyir ki, bu qurumlar onun rəqibi Marin le Penin qələbə qazanması üçün Fransa seçkilərinə təsir göstərməyə çalışırdılar.

“Russia Today və Sputnik seçki kampaniyası dövrü təsir qüvvəsi olmağa çalışıblar. Onlar dəfələrlə mənim kampaniyam və mənim haqqımda yalanlar yayıblar.”

Amma Sputnik-in redaktorları və aparıcıları deyirlər ki, onların məqsədi aparıcı media qurumlarının yaymadığı mövzularda məlumatlar və mövqelər təqdim etməkdir.

“Aparıcı media qurumlarında çalışanlar və dəvət olunanlar isteblişmentin xətti ilə hərəkət edənlərdir. Onlar bu xəttdən qırağa çıxmırlar.”

Russia Today Suriya prezident Bəşər Əsədi, o cümlədən Naycel Farac kimi Avropa Birliyi tənqidçilərindən müsahibə alıb. WikiLeaks təsisçisi Julian Assanj Russia Today-in keçmiş verilişlərinin birində aparıcılıq edib. Onun verilişinin ilk qonağı İran tərəfindən dəstəklənən terror qrupu olan Hezbollanın lideri Həsən Nasrallah olmuşdu.

Belə görünür ki, birmənalı qarşılanmayan qonaqlar və verilişlər dünya üzrə daha da popularlaşır. Eltsov deyir ki, belə mövqeləri eşitmək istəyənlərin əksəriyyəti hökümət və aparıcı media tərəfindən unudulan insanlardır. O əlavə edib ki, alternativ baxışları və mövqeni dinləməkdə heç bir problem yoxdur. Sadəcə bunun kimin tərəfindən və nə üçün maliyyələşdiyini xatırlamaq lazımdır.

XS
SM
MD
LG