Accessibility links

İsrail beynəlxalq danışıqlar planını qəbul etdiyini deyir


İsrail beynəlxalq danışıqlar planını qəbul etdiyini deyir
İsrail beynəlxalq danışıqlar planını qəbul etdiyini deyir

İsrail fələstinlilərlə sülh danışıqlarını bərpa etmək haqda beynəlxalq planı qəbul etdiyini bildirib. Tel-Əvivin planın bəzi hissələrinə etiraz etməsi fələstinlilərin tənqidinə səbəb olub.

İsrail baş naziri Benyamin Netanyahu öz bəyanatında İsrailin Kvartetin tərəflər arasında qeyd-şərtsiz birbaşa danışıqlara başlaması çağırışını qəbul etdiyini söyləyib. Netanyahu məqamı gələndə, plan haqda bəzi narazılıqlarını ifadə edəcəyini bildirib.

ABŞ, Avropa İttifaqı, Rusiya və BMT-dən ibarət beynəlxalq dördlük "yubanmadan" İsraillə fələstinlilər arasında danışıqlara çağrıb.

Fələstin tərəfinin təmsilçisi Saeb Erekat cənab Netanyahunu planı qəbul etdiyini deməklə beynəlxalq ictimaiyyəti “aldatmaqda” günahlandırıb. Erekat deyib ki, Kvartetin çağırışına əsasən, danışıqlar başlamazdan öncə İsrail bir sıra şərtləri qəbul etməlidir.

XS
SM
MD
LG