Accessibility links

İsrailin Ali Məhkəməsi israillilərin arqumentlərini dinləyir


İsrailin Ali Məhkəməsi israillilərin arqumentlərini dinləyir
İsrailin Ali Məhkəməsi israillilərin arqumentlərini dinləyir

İsrailin Ali Məhkəməsi bu gün məhbusların mübadiləsi ilə bağlı israillilərin arqumentlərini dinləyir. Fələstinlilər tərəfindən öldürülənlərin ailə üzvləri məhbusların mübadiləsinə dair son fikirlərini bildirir.

Dünən Israil əsgəri müqabilində azad ediləcək 447 fələstinli məhbusun siyahısını açıqlayıb. İsrail hökuməti Fələstinin Həmas qrupu ilə İsrail əsgəri Gilad Şalitin azad edilməsinə dair razılıq əldə edib. Əsgər 1027 fələstinli məhbusun azadlığı müqabilində buraxılacaq. Qalan 550 məhbus gələn iki ay ərzində azad edilməlidir. İsrailli əsgər artıq beş ildir ki, Həmasın nəzarəti altındadır.

XS
SM
MD
LG