Accessibility links

İsrailin Qəzzaya istiqamət alan donanmanı saxlaması 10 adamın ölümü ilə nəticələndi


Türkiyənin NTV kanalı İsrail qüvvələrinin helikopterdən gəmilərə daxil olduğunu və gəmidəkilərlə əlbəyaxa olduğunu göstərib

İsrail kommandoları Qəzza Zolağına humanitar yardım daşıyan gəmi donanmasına hücum etdikdın sonra 10 Fələstinpərəst fəal öldürülüb. Gəmidəkilər İsrailin və Misrin Qəzzaya tətbiq etdiyi blokadaya son qoymağa çalışırdılar.

İsrail kommandoları gəmilərə İsrail sahillərindən 60 kilometr məsafədə beynəlxalq sularda reyd keçirdilər.

Kecə yarısı keçirilən əməliyyatda İsrail qüvvələri 6 gəmini ələ keçirdilər və azı bir gəmiyə atəş açdılar. Fəallar azı 30 nəfərin yaralandığını deyirlər.

Türkiyənin NTV kanalı İsrail qüvvələrinin helikopterdən gəmilərə daxil olduğunu və gəmidəkilərlə əlbəyaxa olduğunu göstərib.

İsrail hərbçiləri bildirir ki, fəallar İsrail kommandolarına atəş açmış və onlara bıçaqlar, daşlar və metal borularla hücum etmişdir. Hərbçilərin dediyinə görə qarşıdurma fəallar İsrail kommandosundan silah aldıqdan sonra eskalasiya edib.

Fələstin İdarəsinin prezidenti Mahmud Abbas İsrailin əməliyyatını pisləyərək onu qətliyam adlandırıb. Türkiyə xarici işlər nazirliyi öz bəyanatında reydi qəbuledilməz adlandırıb və İsrailin nəticələrlə üzləşəcəyini bildirib.

Avropa İttifaqının xarici işlər idarəsinin rəhbəri Katerin Aşton hərtərəfli təhqiqat aparılmasına çağırmış və Qəzzaya dəhlizin qeyd-şərtsiz açılışını tələb etmişdir.

İsrail əvvəlcədən xəbərdarlıq etmişdi ki, donanmanın Qəzzaya yetişməsinə imkan verməcəyək. Qəzza Zolağı 2007-ci ildən bəri İsrail və Misrin blokadası alktındadır.

Blokada Həmas militant qrupunun bölgəni ələ keçirməsindən sonra tətbiq edilib.

İsrailin hərbi sözçüsü təsdiq edib ki, konvoy İsrail ərazisindən kənarda saxlanılıb, lakin əlavə edib ki, İsrailin özünün yaxınlaşan təhlükələrdən qorumaq hüuquq var. O, fəalları Hamasla əlaqəli olmaqda ittiham edib.

Yardım gəmilərində 600-dən çox fələstin təəssübkeşi və 10 min ton yardım olub. Bazar günü Qəzzaya istiqamət alan donanmaya İsrail xəbərdarlıq etmişdi ki, regiona yaxınlaşmasın.

"Azad Qəzza Hərəkatı" və türk insan hüquqları qrupu deyir ki, konvoy tibbi ləvazimat və müxtəlif növ inşaat materialları daşıyırdı. İsrail bir çox materialların təhlükəsizlik səbəbləri üzündən Qəzzaya daxil olmasına icazə vermir.

Türkiyədə yüzlərlə adam İsrailin İstanbuldakı konsulluğu qarşısında etiraz aksiyası keçiriblər.

İsrail gəmiləri yaxınlıqdakı limana aparmış və yoxlanıldıqdan sonra humanitar ləvazimatları Qəzzaya ötürəcəyini bildirmişdir.

XS
SM
MD
LG