Accessibility links

İsrail hökuməti irimiqyaslı yanğınla mübarizə aparır


İsrail hökuməti irimiqyaslı yanğınla mübarizə aparır
İsrail hökuməti irimiqyaslı yanğınla mübarizə aparır

İsrail hökuməti bildirir ki, tezliklə ölkənin şimalını bürümüş irimiqyaslı yanğın nəzarət altına alınacaq. Cümə axşamı başlayan Karmel meşəsinin 5000 hektarını əhatə edir və indiyədək 41 adamın ölümünə səbəb olub. Yanğın nəticəsində 17 min adam evlərindən evakuasiya olunub və onlarla ev dağılıb. 20-ə yaxın ölkə təyyarə və yanğınsöndürən ləvazimatlarla İsrailə yardım ediblər. ABŞ beynəlxalq səylərə dəstək vermək üçün Boeing 747 markalı “Supertanker” göndərib. İsrail-Fələstin əməkdaşlığının nadir əlmaəti kimi Fələstin İdarəsi də köməyə 3 yanğınsöndürən maşın və heyətlər göndərib. Yanğının iki yeniyetmə tərəfindən törədildiyinə inanılır.

XS
SM
MD
LG