Accessibility links

İsrail-Livan sərhədində atışma olub


BMT-nin Livandakı sülhməramlı qüvvələri hər iki tərəfi maksimum dərəcədə təmkinlik nümayiş etdirməyə çağırıb

İsrail və Livan təhlükəsizlik mənbələri bildirir ki, hər iki tərəfin əsgərləri arasında İsrail-Livan sərhədində atışma olub. Livan təhlükəsilik rəsmisinin sözlərinə görə, ölkənin bir əsgəri və bir mülki vətəndaş yaralanıb. Livan ordu sözçüsü deyib ki, döyüş İsrail əsgərlərinin sərhədin Livan tərəfindən ağacı çıxarmağa çalışdığı zaman baş verib. BMT-nin Livandakı sülhməramlı qüvvələri hər iki tərəfi maksimum dərəcədə təmkinlik nümayiş etdirməyə çağırıb. BMT-nin Livandakı müvəqqəti qüvvələrinin sözçüsü bildirib ki, hazırda başlıca məqsəd sərhəd regionunda sabitliyi bərpa etməkdir. Livanın cənubundakı BMT sülhməramlıları İsraillər Livanın Hizbulla yaraqlı qrupu arasında atəşkəsə nəzarət edir.

XS
SM
MD
LG