Accessibility links

İsrail səfirini tezliklə Misirə qaytarmaq istəyir


İsrail səfirini tezliklə Misirə qaytarmaq istəyir
İsrail səfirini tezliklə Misirə qaytarmaq istəyir

İsrail ötən həftə Misir tərk etməyə məcbur olmuş səfirinin geri qayıtmasını təşkil etmək üçün rəsmi Qahirə ilə danışıqlar apardığını söyləyib.

Baş nazir Benyamin Netanyahu kabinet yığıncağında bildirib ki, İsrail-Misir danışıqları səfirin qorunması üçün lazımi təhlükəsizlik ölçülərinin götürülməsi üzərində cəmləşib.

Cənab Netanyahu İsrail səfirliyinə hücum edən şəxslərin sülhə zidd olduğunu bildirib. Eyni zamanda o, İsraillə sülhpərvər münasibətlərə can atan mötədilləri alqışlayıb.

Ötən həftə İsrail səfirliyinə hücum edən şəxslər səfirlik binasından götürdükləri sənədləri küçələrə atmış, daha sonra polislə əlbəyaxa olmuşdular. Zorakılıqar nəticəsində azı 3 adam ölmüş, mindən çox adam yaralanmışdır.

XS
SM
MD
LG