Accessibility links

Misirin təhlükəsizlik qüvvələri yüksək hazırlıq vəziyyətindədir


Misirin təhlükəsizlik qüvvələri yüksək hazırlıq vəziyyətindədir
Misirin təhlükəsizlik qüvvələri yüksək hazırlıq vəziyyətindədir

Misirin təhlükəsizlik qüvvələri İsrailin Qahirədəki səfirliyinin hücuma məruz qalmasından sonra yüksək hazırlıq vəziyyətindədir.Misir hökuməti insidentlə bağlı növbədənkənar yığıncaq keçirir. Misirin informasiya naziri Həsən heykəl bildirib ki, hadisənin msuliyyətini daşıyanlar məhkəmə qarşısına çıxarılacaq. Dövlət MENA xəbər agentliyi 19 adamın həbs edildiyini bildirib.

Nümayişçilər cümə gecəsi İsrail səfirliyinin divarını uçurub, Səfirlyə daxil olan bəzi nümayişçilər sənədləri küçəyə tullayıb. Təhlükəsizlik qüvvələri aksiya iştirakçılarına mane olmayıb. İğtişaş zamanı 3 adam həlak olub. Bir nəfərin ürək tutmasından öldüyü deyilir. 1000 nəfər xəsarət alıb.

Səfirliyə qarşı hücum İsrailin Misirdəki səfiri İtzhak Levanonun və səfəriliyin 80 işçisini ölkəni tərk etmədinə vadar edib.

İsrailin baş naziri Benyamin Netanyahu idarəsinin bəyanatında hücumu beynəlxalq normalara zidd adlandırılıb.Lakin o deyib ki, Misirlə əldə edilən sülh razılıqları qüvvədə qalacaq.



XS
SM
MD
LG