Accessibility links

İsraildə meşə yanğını nəticəsində ölənlərin sayı artır


İsraildə meşə yanğını nəticəsində ölənlərin sayı artır
İsraildə meşə yanğını nəticəsində ölənlərin sayı artır

Qadın polis zabitinin yanğılardan ölməsinin ardınca, İsrail hökuməti dörd gün davam edən meşə yanğını nəticəsində ölənlərin sayının 42-y çatdığını xəbər verir. Hökumət bildirir ki, Hayfa polis bölməsinin rəhbəri patrul maşınında gedərkən Karmel meşəsində ilişib qaldıqdan sonra yanıb. Cümə axşamı başlayan və 5000 hektarı ərazini əhatə edən irimiqyaslı yanğın bu gün söndürülüb. Yanğın nəticəsində 17 000 adam evlərindən evakuasiya olunub və onlarla ev dağılıb. 20-yə yaxın ölkə təyyarə və yanğınsöndürən ləvazimatlarla İsrailə yardım ediblər. ABŞ beynəlxalq səylərə dəstək vermək üçün Boeing-747 markalı “Supertanker” göndərib.

İsrail-Fələstin əməkdaşlığının nadir əlaməti kimi Fələstin İdarəsi də köməyə 3 yanğınsöndürən maşın və heyətlər göndərib. Yanğının iki yeniyetmə tərəfindən törədildiyinə inanılır.

XS
SM
MD
LG