Accessibility links

İsrailin təhqiqat komissiyası işinə başladı


İsrailin təhqiqat komissiyası işinə başladı
İsrailin təhqiqat komissiyası işinə başladı

Komissiya məsələ ilə bağlı İsrailin baş naziri Benyamin Netanyahunu sorğu-sual etməyi planlaşdırır

İsrailin keçən ay Qəzzaya yardım daşıyan gəmiyə ölümlə nəticələnən reyd üzərində təhqiqat aparan komissiyası məsələ ilə bağlı İsrailin baş naziri Benyamin Netanyahunu sorğu-sual etməyi planlaşdırır. Təhqiqat komissiyasına başçılıq edən, Ali Məhkəmənin istefada olan baş prokuroru Yakob Turkel bu gün İsrailin müdafiə naziri Ehud Barak və Baş Qərargahlar rəisi Qabi Aşkinazinin də dindiriləcəklərini bildirib. Təhqiqat qrupu keçən ay Qəzzaya yardım aparan gəmiyə edilən reyd zamanı 8 türkün və bir türk mənşəli amerikalının qətli ilə bağlı təhqiqat aparır. İşinə bu gün başlayan təhqiqat komissiyasının tərkibinə eləcə də beynəlxalq qanunlar üzrə ekspert və sabiq general daxildir.

XS
SM
MD
LG