Accessibility links

Holland məhkəməsi Srebrenitsa qurbanlarının xeyrinə qərar çıxarıb


Holland məhkəməsi Srebrenitsa qurbanlarının xeyrinə qərar çıxarıb
Holland məhkəməsi Srebrenitsa qurbanlarının xeyrinə qərar çıxarıb

Niderlandın apellasiya məhkəməsi Holland dövlətinin 1995-ci ildə Bosniyanın Srebrenitsa şəhərində kütləqi qətllər zamanı üç bosniyalı müsəlmanın ölümünə görə məsuliyyət daşıdığı haqda qərar çıxarıb. Məhkəmənin qərarında deyilir ki, o zaman BMT-nin təhlükəsizlik zonasına nəzarət edən holland sülhümühafizə qüvvələri Bosniyanın müsəlman əhalisi qorumaq üçün kifayət qədər iş görməyib. Məhkəmə Holland qüvvələrinin kişiləri Bosniya serblərinin ordusuna təhvil verdiyini bildirir. Məhkəmə Holland hökumətinin üç nəfərin ailəsinə təzminat ödəməli olduğu haqda qərar çıxarıb, lakin məbləğ göstərilməyib. Srebrenitsa şəhərində 8 min müsəlman kişi və oğlanın kütləvi qətli Avropada İkinci Dünya müharibəsindən sonra ən dəhşətli qətl hadisəsi hesab edilir.

XS
SM
MD
LG