Accessibility links

Srebrenitsanın ildönümü mərasimində Serbiya baş naziri hücuma məruz qalıb [Fotolar]

İnsanlar Bosniya və Herseqovinanın paytaxtı Sarayevodan 150 kilometr aralıdakı Srebrenitsa yaxınlığındakı Potokari xatirə kompleksində dəfn mərasimi zamanı dua edir - 11 iyul 2015
1/5 İnsanlar Bosniya və Herseqovinanın paytaxtı Sarayevodan 150 kilometr aralıdakı Srebrenitsa yaxınlığındakı Potokari xatirə kompleksində dəfn mərasimi zamanı dua edir - 11 iyul 2015
Qadın Srebrenitsa qətliamının yeni aşkar  edilmiş 136 qurbanının yenidən dəfn edilməsi mərasimində Xatirə Mərkəzi önündə dayanarkən - Potokari, Srebrenitsa, Bosniya və Herseqovina - 11 iyul 2015.
2/5 Qadın Srebrenitsa qətliamının yeni aşkar  edilmiş 136 qurbanının yenidən dəfn edilməsi mərasimində Xatirə Mərkəzi önündə dayanarkən - Potokari, Srebrenitsa, Bosniya və Herseqovina - 11 iyul 2015.
Serbiyanın baş naziri Aleksandar Vucic də Potokari xatirə kompleksini ziyarət edib - 11 iyul 2015.
3/5 Serbiyanın baş naziri Aleksandar Vucic də Potokari xatirə kompleksini ziyarət edib - 11 iyul 2015.
Srebrenitsa qətliamının Potokaridə keçirilən 20-ci ildönümü mərasimində ABŞ-ın sabiq prezidenti Bill Klinton çıxış edir - 11 iyul 2015.
4/5 Srebrenitsa qətliamının Potokaridə keçirilən 20-ci ildönümü mərasimində ABŞ-ın sabiq prezidenti Bill Klinton çıxış edir - 11 iyul 2015.
ABŞ-ın sabiq prezidenti Bill Klinton Potokari xatirə kompleksindəki keçmiş batareya zavodu ilə tanış olur - 11 iyul 2015.
5/5 ABŞ-ın sabiq prezidenti Bill Klinton Potokari xatirə kompleksindəki keçmiş batareya zavodu ilə tanış olur - 11 iyul 2015.
Previous slide
Next slide

Bu gün Srebrenitsa qətliamının 20-ci ildönümündə kütləvi dəfn mərasiminə toplaşan insanların Serbiyanın baş nazirini qovmaşı qarışıqlığa səbəb olub.

On minlərlə insan II Dünya Müharibəsindən sonra Avropada ən kütləvi qəddar qətliam 20-ci ildönümünə qeyd etmək üçün Bosniya şəhəri yaxınlığındakı qəbiristanlığa toplaşıb.

Mərasim 6000 qurbanın dəfn edildiyi Potokari xatirə qəbiristanlığında yeni aşkar edilmiş əlavə 136 qurbanın qalıqlarının dəfni ilə müşayiət olunub.

Serbiya baş naziri Aleksandr Vucic də gül qoymaq üçün qəbiristanlığa daxil olub. Ancaq qəzəblənən insanlar onu fitə basıblar. Bəzi isə bunun kifayətlənməyərək ona cisimlər atmağa başlayıblar.

Qaçmağa məcbur olub

1990-cı illərdə Yuqoslaviya müharibəsi zamanı sərt-xətt millətçisi olan Vucic və onun mühafizəçiləri kütlənin arasından qovularaq, qəbiristanlığı tərk etməyə məcbur edilib. Bu zaman mühafizəçilər baş naziri çantalarla, çətirlərlə və əllərindəki silahları yuxarı qaldıraraq qorumağa çalışıb. Hadisədən dərhal sonra Vucic Serbiyaya geri dönüb.

Köməkçisi bildirib ki, baş nazir üzündən daş zədəsi alıb.

Srebrenitsanın bosniyalı müsəlman meri Cəmil Durakoviç baş verən hadisəyə görə təəssüf hissi keçirdiyini bildirib: "Mən baş nazir Vucicdən burada yaşadıqlarına görə üzr istəyirəm".

Avropa Şurası baş katibi Thorbjorn Jagland hücumu pisləyib.

1995-ci ilin iyul ayında 11 gün ərzində təxminən 8 min müsəlman kişi və oğlan Bosniya müharibəsi zamanı qətlə yetirilib. Minlərlə insan serb general Ratko Mladiçin başçılıq etdiyi qoşunun Hollandiya əsgərləri tərəfindən müdafiə olunan BMT anklavına daxil olaraq qətllər törətməsi nəticəsində həlak olub.

XS
SM
MD
LG