Accessibility links

Şri Lankada daşqınlar nəticəsində azı 13 nəfər həyatını itirib


Qırmızı Xaç təşkilatı Şri Lankada yağan güclü yağışlar və daşqınlardan sonra 200-ə yaxın ailənin torpaq sürüşməsi nəticəsində topraq altında qalmasından ehtiyat edir.

Onlayn yayımlanan bəyanatda təşkilat bildirib ki, Keqale vilayətində yerləşən Siripura və Elaqipitya kəndlərində elektrik cərəyanının kəsilməsinə baxmayaraq, iki xilasetmə komandası təxminən 180 insanı xilas edib.

Qırmızı Xaç təşkilatı 13 cəsədin aşkar edildiyini bildirib. Bir neçə insanın itkin düşdüyü deyilir.

Yağışlar nəticəsində Kolombo şəhində daşqınlar baş verib. Məktəblər pis hava şəraitinə görə bağlanıb.

Şri Lankanın Təbii Fəlakətlərin Nəticələrinin aradan qaldırılması Mərkəzi son bir neçə gün ərzində elektrik cərəyanı vurması və topraq sürüşmələri nəticəsində 11 adamın həlak olduğunu bildirib.

XS
SM
MD
LG