Accessibility links

Ukraynadakı müharibənin canlı təbiətə də təsiri ola bilər


 Ukraynadakı müharibənin canlı təbiətə də təsiri ola bilər
please wait

No media source currently available

0:00 0:02:57 0:00

Ukraynadakı müharibənin canlı təbiətə də təsiri ola bilər

Ukraynada müharibənin təsirləri Moskva və Kyivdən kənara çıxır və təkcə insanlara deyil, bunun həm də canlı təbiətə təsiri ola bilər.

Qış mövsümündə köçəri quşlar adətən Hindistanın nəzarətindəki Kəşmirin bataqlıq ərazilərinə gəlməyə başlayır. Lakin bu il müşahidəçilər və ornitoloqlar quşların sayının əvvəlki illərlə müqayisədə xeyli az olduğunu deyir. Qulam Mühiddin Dar: "Bu il daha az quş gəldi. Ümid edirəm ki, bu, vəziyyət yaxşılaşacaq və gələcəkdə göstəricilər daha yaxşı olacaq. Bu, mənim bataqlığa ikinci səfərimdir və bu, məni xoşbəxt edir".

Ornitoloq İrfan Cilani kimi ekspertlər deyirlər ki, uzaq Ukraynadakı müharibə quşların Avropadan Kəşmirin bataqlıq ərazilərinə miqrasiyasını poza bilər. "Quşlar Kəşmirə köç edəndə onlara çox şey təsir edir. Onların adi istirahət yerləri tikinti işləri və ya dəyişikliklər səbəbindən pozularsa, onlar son dayanacağa gedən yollarını dəyişməyə çalışacaq. Bəzi zəif quşlar qışlaqlarına çatmır və ölür. Bəzi quşlar daha uzun marşrutlar seçir və gec gəlir, bəzən də qışlamaq üçün yeni yerlər tapır."

Adətən qışda buraya 1 milyondan çox köçəri quş gəlir. Lakin bu il belə olmadı. Kəşmir Regional Vəhşi Təbiət mühafizəçisi Rəşid Naqaş: "Quşların sayının əvvəlki illərdə olduğundan az olduğunu müşahidə etdik. Bəlkə də buna müharibə baxımından beynəlxalq ssenari səbəb ola bilər. Lakin bunu dərindən öyrənmək lazımdır, çünki başqa səbəblər də ola bilər".

Quşların qulaqları həssas olduğu üçün ekspertlər Ukraynada müharibənin yaratdığı səslərin quşların uçuş marşrutunu dəyişməsinə səbəb ola biləcəyini deyirlər. Riyan Sofi: "Köçəri quşlar həssas canlılardır və hətta kiçik bir fişəng partlayışı da quşları narahat edə bilər. Müharibə Ukraynadakı döyüş meydanlarının yaxınlığında və ya ətrafında uçan köçəri quşların hərəkətinə təsir edə bilər".

Mütəxəssislər deyirlər ki, onların dəqiq bildikləri yeganə şey bu mövsüm burada əvvəlki illərdə olduğu qədər çox sayda quş olmamasıdır. Onlar buna səbəbin Ukraynada müharibənin ola biləcəyini desələr də, lakin əmin olmaq üçün daha çox araşdırmaya ehtiyac olduğunu bildirirlər.

XS
SM
MD
LG