Accessibility links

Avstraliyada yaralı qadın və səkkiz uşaq cəsədi aşkar edilib


Avstraliya polisi bildirib ki, bir evdə bıçaqlanaraq yaralanmış qadın və səkkiz uşaq cəsədi tapılıb.

Kvinsland ştatının polisi deyib ki, onlar səhər tezdən Manura rayonundakı evə çağırılıb. Evə gələn polis bir qadın və 18 ayla 15 yaş arası səkkiz uşağın cəsədini aşkar edib.

Rəsmilər deyib ki, 34 yaşlı qadın yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb və polisin araşdırmalarına yardım edir.

Qadının Liza Taidey adlı qohumu Avstraliya mətbuatına uşaqların bacı-qardaş olduqlarını və yaralı qadının uşaqların anası olduğunu deyib.

Liza 20 yaşlı digər bir uşağın evə gələrkən qardaş və bacılarının öldüyünü gördüyünü bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG