Accessibility links

Rusiyada qadağan edilən “Stalinin ölümü” filmi Sundance Festivalı iştirakçılarının marağına səbəb olub [Video]


Rusiyada qadağan edilən "Stalinin ölümü" filmi Sundance Festivalı iştirakçılarının marağına səbəb olub
please wait

No media source currently available

0:00 0:02:49 0:00

Rusiyada yanvar ayının 25-i təqdim edilməli olan və ABŞ kino tənqidçiləri tərəfindən “qəddar” siyasi satira adlanan “Stalinin ölümü” filminin nümayişi Kremlin Mədəniyyət Nazirliyi tərəfindən qadağan edilib. Filmin rejissoru Armando İannuççi deyir ki, indiki dövrdəki dünya liderlərinin xüsusiyyətləri, onu bu filmi çəkməyə ilhamlandırıb.

“Stalinin ölümü” filmi altı həftədən sonra ABŞ-da təqdim ediləcək. Rusiyada isə Mədəniyyət Nazirliyinin İçtimai Şurasının qərarı ilə bu filmin nümayişi qadağan edilib.

Yuri Polyakov, Mədəniyyət Nazirliyinin İçtimai Şurasının rəhbəri: “Bu açıq şəkildə bizim vətəndaş və milli hislərimizin təhqiridir. Hər kəs bu filmin peşəkarlıq nöqteyi nəzərdən pis və tam yalan olduğunu deyib. Bu, bizim ölkə ilə ideoloji müharibənin nümunəsidir.”

Sundance Film Festivalında iştirak edən britaniyalı rejissor, HBO şirkətinin Veep adlı məhşur siyasi satira serialının yaradıcısı Armando İannuççi Amerikanın Səsinə bildirib ki, onun komandası bu filmi çəkməkdən öncə xeyli hazırlıq işi görüb, arxivlər oxuyub, tarixçilərlə danışıb.

Armando İannuççi, rejissor: “Biz Sovet İttifaqı dövrü baş verənlərə və 1950-ci illərdə insanların yaşadıqlarına qarşı hörmətlə yanaşırıq. Biz bunu filmdə də gizlətmirik. Bu filmə baxan ruslar da iki şeyi qeyd edir - bu gülməlidir və bu həqiqətdir.”

Filmin rusiyalı əsas tənqidçilərindən biri, sabiq Dövlət Duması deputatı Pavel Pojiqaylonun fikrincə, filmdə Georgi Jukov təlxək kimi təsvir edilib. Jukovu ifa edən aktyor Jeyson Ayzaks isə Stalinin hakimiyyəti dövründə yumorun əhəmiyyətini anladığını deyir.

Jeyson Ayzaks, Aktyor: “Gülüş insanları sağlam qalmasına kömək edir. Həmin dövrdə insanlar tam qorxu içində yaşayırdı. Onlar Stalin haqqında zarafatları bir-birinə danışmaqla şəxsiyyətlərini qoruyurdular.”

Andrea Raysboro, Aktrisa: “Məncə komediya doğru olduğu zaman həqiqi gülməli olur. Təəccüblüsü o idi ki, filmin içində olanda bu çox drammatik idi. Gülməli olan məhz bu idi.”

Andrea Raysboro Stalinin qızı, Svetlana Alliluyevanı ifa edir. Amerikalıların əksəriyyəti onu Lana Peters kimi tanıyır.

Andrea Raysboro, Aktrisa: “Çox maraqlıdır ki, o həyatsevər idi. Çox bacarıqlı idi və bacardığı qədər sağ qala bildi. Mən təsəvvür edə bilmirəm Stalin kimi ataya sahib olmaq nə cür emosional yükdür. Bu, onun rolunu ifa etməkdə ən çətin hissə idi. Yalnız təsəvvür etmək qalırdı.”

İannuççi deyir ki, film onu dünya liderlərinin indiki halına görə ilhamlandırıb.

Armando İannuççi, rejissor: “Bu filmi etməyimin əsas səbəbi çoxlu siyasətçidə gördüyüm xüsusiyyətlərdir. Təkcə Putin yox, Trampda, Türkiyədə Ərdoğanda, hətta İtaliyada vaxtllə Berluskonidə olan hər şeyə tam nəzarət edən güclü kişi obrazı.”

Çərşənbə axşamı verilən Mədəniyyət Nazirliyinin qərarı Rusiyada genişmiqyaslı müzakirələrin açılmasına səbəb oldu. Qərardan narazı olanlar arasında film tənqidçisi, Moskvada yerləşən Art of Cinema jurnalının baş redaktoru Anton Dolin də var idi.

Anton Dolin, Film tənqidçisi: “Stalinin ölümü” filminin dövlət səviyyəsində qadağısı qərarının təşəbbüskarları və dəstəkçiləri birmənalı və uca səslə etiraf etdilər ki, “Bəli, biz Stalinistik.” Ona görə də, burada yanlış anlaşılma yoxdur. Onlar Stalinistdirlər və Stalini qəhrəman, bir nümunə hesab edirlər. Hesab edirlər ki, ona gülmək qəbuledilməzdir.”

İannuççi ümid edir ki, “Stalinin ölümü” filmi Rusiya prezident seçkilərində sonra nümayiş etdiriləcək.

XS
SM
MD
LG