Accessibility links

Starbucks şirkətinin icraçı sədri istefa verir


Dünyanın ən böyük qəhvə dükanları şəbəkəsi olan Starbucks korporasiyasından icraçı sədri Hovard Şultz vəzifəsindən istefa verir.

40 ilə yaxın müddətdə Starbucks-a rəhbərlik edən Şultz 11 dükanlıq kiçik şirkəti dünyann 77 ölkəsində açılmış 28000 dükanlıq böyük korporasiya çevirərək, dünyanın ən populyar brendlərində birini yaratmağa müvəffəq olub.

Keçən il Şultz Starbucks-ın baş icracı direktoru vəzifəsindən istefa verərək, korporasiyanın icracı sədri olmuşdu. Baş icraçı direktor vəzifəsində onu Kevin Conson əvəz edib.

Şultz bu yaxınlarda Starbucks-ın Filadelfiyadakı dükanların birində iki qara müştərinin həbs edilməsi ilə nəticələnən qalmaqaldan sonra şirkətdə ayrı-seçkiliyə qarşı genişmiqyaslı proqramın icrasına rəhbərlik edib.

Starbucks-ın idarə heyəti 26 iyun tarixində Şultzun təqaüdə çıxmasından sonra onun yerinə J.C. Penney şirkətinin sabiq sədri Miron Ullmanı, vitse-sədr vəzifəsinə isə Mellodi Hobsonu təyin edib.

XS
SM
MD
LG