Accessibility links

Dövlət Departamenti Metyu Brayzanın namizədliyini dəstəklədiyini bildirib


Dövlət Departamenti Metyu Brayzanın namizədliyini dəstəklədiyini bildirib
Dövlət Departamenti Metyu Brayzanın namizədliyini dəstəklədiyini bildirib

Dövlət Departaməntinin rəsmisi Amerikanın səsinə müsahibəsində Cənab Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə layıq olduğunu deyib. Senatın Xarici Əlaqələr Komitəsində Çerşənbə axşamı keçirilən səsvermədə komitə səs çoxluğu ilə Brayzanın namizedliyini təstiqlədi.

ABŞ Senatının Xarici Əlaqələr Komitəsi çərşənbə axşamı keçirdiyi işgüzar iclasında dövlət katibinin müavininin yardımçısı, ATƏT-in Minks Qrupunun keçmiş amerikalı həmsədri Metyu Brayzanın namizədliyini səs çoxluğu ilə təsdiq etmişdi. Kaliforniya və Nyu Cersi ştatlarından Demokrat senatorlar Barbara Bokser və Robert Menendesdən başqa komitənin iclasda iştirak edən bütün üzvləri Metyu Brayzanın Amerikanın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyinə müsbət səs vermişdi.

Prezident Obamanın Azərbaycana səfir olmaq üçün nominasiya etdiyi cənab Brayzanın namizədliyinə senator Bokser və senator Menendesin Senatın Xarici Əlaqələr Komitəsinin iclasında mənfi səsvermələri, onun namizədliyinin Senatda səsə qoyulmasının yubadıla biləcəyi barədə iddiaların irəli sürülməsinə səbəb oldu.

Senator Bokserin senatın üzvü kimi özünə verilən hüquqdan istifadə edərək, səsvermənin qarşısını alacağı barədə bəzi mənbələrdə yayılan xəbərlərlə bağlı Amerikanın səsinin Azərbaycan redaksiyası Xarici Əlaqələr Komitəsinin sədri, Demokrat senator Con Kerri və onun müavini Respublikaçı Riçard Lugarın, həmçinin senator Bokserin ofisləri ilə əlaqə saxlayıb. Senatorların ofisləri belə bir xəbər barədə məlumatları olmadığını deyərək, xəbəri təsdiq və ya təkzib etməyiblər.

Amerikanın səsi dünən Metyu Brayzanın Azərbaycana ABŞ-ın səfiri kimi nominasiyası ilə bağlı Dövlət Departamenti ilə də əlaqə saxlayıb. Departamentin mətbuat rəsmisi Amerikanın səsinə telefonda verdiyi müsahibəsində bildirib: ” Cənab Brayza ABŞ-da Amerikanın səfiri vəzifəsi üçün bizim namizədimizdir.” ABŞ rəsmisi deyib: “O bu vəzifəni yerinə yetirmək üçün lazım olan keyfiyyətlərə malikdir və biz ümid edirik ki, Senat onun namizədliyini mümkün qədər tez bir zamanda təsdiq edəcək.”

XS
SM
MD
LG