Accessibility links

Senator Menendez Metyu Brayzanın namizədliyinin əleyhinə olmasının səbəbləri barədə məqalə dərc etdirib


Senator Menendez Metyu Brayzanın namizədliyinin əleyhinə olmasının səbəbləri barədə məqalə dərc etdirib
Senator Menendez Metyu Brayzanın namizədliyinin əleyhinə olmasının səbəbləri barədə məqalə dərc etdirib

Senator Menendez hələ də cənab Brayzanın bu vəzifə üçün düzgün seçim olmadığına inandığını yazır və onun senatda məsələnin səsə qoyulmasının qarşısını almaq barədə qərarının mətbuata və xalqa açıqlanmasında cənab Brayzanı təqsirli bilir

Metru Brayzanın ABŞ-ın Azərbayana səfiri təyin olunmasının əleyhinə çıxışlar edən və Senatın Xarici Əlqələr Komitəsində bu yaxınlarda keçirilən səsvermədə mənfi səsverən iki senatordan biri olan Robert Menendez, yuxarıda adı çəkilən qəzetlərin redaktor məqalələrində bu məsələdə onunla eyni fikirdə olan Kalifornia ştatından senator Barbara Bokser kimi ABŞ-ın dövlət maraqlarını risk qarşısında qoymaqda və Amerika Erməni Milli Komitəsinin təsiri altında qalmaqda ittiham edilərək tənqidlərə məruz qalmışdı.

O Vaşinqtond Post qəzetində bazarertəsi dərc edilən “Nəyə görə Metyu Brayzanın ABŞ-ın Azərbaycandakı səfirliyinə namizədliyinin əleyhinəyəm” başlıqlı məqaləsində yazır kı, Vaşinqton Post qəzetində sentyabrın 24-də “Zəhərli Yubatma” başlıqlı onu və senator Bokseri tənqid edən məqalədə onun ofisində aşağı vəzifəli bir işçinin şərhləri onun öz fikirləri kimi qələmə verilib. O iddia edir ki, xarici əlaqələr üzrə məsləhətçisinin Postun redaktorlarına onun məsələyə yanaşması barədə ətraflı məlumat vermələrinə baxmayaraq belə bir səhvə yol verilib.

Senator Menendez öz mövqeyini müdafiə etdiyini, hələ də cənab Brayzanın bu vəzifə üçün düzgün seçim olmadığına inandığını yazır və onun senatda məsələnin səsə qoyulmasının qarşısını almaq barədə ki qərarının mətbuata və xalqa açıqlanmasında cənab Brayzanı təqsirli bilir. O məsələ barədə mövqeyinin Cənab Brayzanın həyat yoldaşının etnik mənşəi ilə heç bir əlaqəsi olmadığını qeyd edir. Senator Memendez yazır ki, mənim qərarım cənab Brayzanın Azərbaycan və Türkiyə ilə əlaqədar məslələrdə bitərəf qala bilməyəci barədə məlumatlara əsaslanır ki, onların siyahısına onun Türkiyə tərəfindən həyata keçirilən erməni genosidinin tanınmasının əleyhinə olması, iki ölkə hökumətində vəzifəli şəxslərlə yaxın əlaqələri olması daxildir.

Senator Memendez yazır ki, Vaşinqton Post redaktor məqaləsində erməni genosidinin tanınması üçün fəaliyyət göstərdiyinə görə Amerika Erməni Mili Komitəsini “yararsız” adlandırmamalıydı.

XS
SM
MD
LG