Avropa İttifaqının Genişlənməsi və Avropa Qonşuluq Siyasəti üzrə Avropa Komissiyasının üzvü Stefan Füle “Avropanın qonşularına artan daha çevik yardımın göstərilməsi: demokratiya, sabitlik və rifahın dəstəklənməsi” başlıqlı məqalə ilə çıxış edib.
Məqalənin mətni Avropa İttifaqının Bakı ofisi tərəfindən yayılıb. Cənab Fulenin məqaləsini təqdim edirik:
Cənubi qonşuluqda "Ərəb Baharı" aydın göstərmişdir ki, insanlar ləyaqətlə, şəffaf və cavabdeh hökumətin, daha hərtərəfli iqtisadi və sosial inkişafın olduğu həyatı yaşamaq istəyirlər. Son hadisələr sübut etmişdir ki, real sabitlik, təhlükəsizlik və rifah ancaq real demokratiyanın olduğu yerdə mövcud ola bilər.
Avropa İttifaqının Qonşuluq Siyasətinin (AQS) əsası Aİ ilə qonşu olan on altı Şərq və Cənub ölkələri ilə sıx əlaqələrin olmasına dair öhdəliyin götürülməsidir. Insan hüquqları və fundamental azadlıqlar, azad və ədalətli seçkilər, müstəqil ədliyyə sistemi, iqtisadi modernləşmə, Aİ-nın vahid bazarına tədrici iqtisadi inteqrasiya və insanlar arasında daha asan əlaqələrin qurulması baxımından olan dəyişiklikləri dəstəkləməklə Aİ-nın niyyəti bizim tərəfdaş ölkələrdə dərin demokratiya, sabitlik və rifahı təşviq etməkdir.
Dəyişən mühit və yeni cavab
Avropa Qonşuluq Siyasəti çərçivəsində Aİ öz qonşularına birlikdə müəyyən edilmiş universal dəyər və məqsədlərə dair birgə öhdəliyə əsaslanan imtiyazlı əlaqənin qurulmasını təklif edir.
AQS 2004-cü ildə qurulduğu tarixdən Aİ-nın öz qonşuları ilə əlaqələri əhəmiyyətli dərəcədə inkişaf etmişdir. Aİ anlamışdır ki, onun öz təhlükəsizliyi və rifahı onunla birbaşa qonşu olan ölkələrdəki irəliləyişlərdən getdikcə daha çox asılı olur. Dəyişiklik bizim tərəfdaş ölkələrdə, Şərq və Cənubda iddialı və hərtərəfli demokratikləşmə və islahat prosesində öhdəlik götürmüş bir çox ölkələrdə də baş vermişdir. Bu dəyişikliklərə bir cavab olaraq keçən il Avropa Qonşuluq Siyasətinin hərtərəfli icmalı aparılmışdır. May ayında biz "Dəyişən Qonşuluğa yeni cavab" adlı yeni siyasi variant təqdim etmişik. Burada Aİ-nın qonşularına qarşı iddialı yanaşma müəyyən olunur ki, bu yanaşma da qarşılıqlı cavabdehlik və "çoxa çox" prinsiplərinə əsaslanır. Konkret olaraq bu o deməkdir ki, islahat prosesi ilə daha çox məşğul olan ölkələr üçün Avropa İttifaqı Aİ-nın daxili bazarında tədrici iqtisadi inteqrasiyanın əlavə maliyyələşdirilməsi və ya həmin ölkənin vətəndaşları üçün mobilliyin yaxşılaşdırılması yolu ilə təşviqedici tədbirləri artıracaqdır. Eyni zamanda, yeni metod bizim tərəfdaş ölkələrdə vətəndaş cəmiyyəti təşkilatları ilə daha dərin öhdəliyin götürülməsini təşviq edir.
7 dekabr 2011-ci il tarixində Avropa Komissiyası öz xarici alətlərinə dair 2014-2020-ci illəri əhatə edən müddət üçün iddialı büdcə təkliflərini qəbul etmişdir. Bu, Avropa İttifaqına demokratiyanın, sülh, sabitlik və rifahın təşviqində və yoxsulluqla mübarizədə qlobal səhnədə öz cavabdehliyini yerinə yetirməyə imkan verir. Iddia səviyyəsi xüsusilə də, Avropa Qonşuluğundakı ölkələr üçün ayrılmış büdcəyə dair edilmiş təklifdə əks olunur.
Doğrudan da 2014-2020 illər üçün €18.2 milyarddan artıq ayrılmış vəsaitlə bu, cari alətlərin büdcəsi ilə müqayisədə təxminən 50% artım deməkdir. Bu iddia səviyyəsi bir çox tərəfdaş ölkələrin başladıqları kompleks islahatlara səmərəli şəkildə cavab vermək iqtidarında olmalıdır.
Biz, həm də yeni Avropa Qonşuluq Siyasəti (AQS) təklif etmişik ki, bu da 2014-cü ildən sonra böyük miqdarda maliyyələşdirmə təmin edəcəkdir. Bu yeni alətdə, yeni Avropa Qonşuluq Siyasətinin ruhu və konsepsiyası əks olunur. O, altı AQS tərəfdaş ölkəsinə yardım göstərəcək, cari Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti vasitəsilə qonşulara göstərilən uğurlu yardıma əsaslancaqdır.
Daha çox məqsədin əldə edilməsi
Yeni Avropa Qonşuluq Aləti tərəfdaş ölkələrlə əlaqələrin gücləndirilməsində faydalı olacaq, demokratiya və insan hüquqları, qanunun aliliyi, yaxşı idarəetmə və davamlı inkişaf kimi sahələrdə tərəfdaş ölkələrə gözəçarpan fayda qazandıracaqdır. Yeni "çoxa çox" yanaşmasının tətbiq edilməsilə bu alət tərəfdaşların ehtiyac və iddialarını daha yaxşı cavablandırmağa imkan verəcəkdir. Öz islahatlarını aparmaları üçün ən iddialı tərəfdaşlara əlavə maliyyə stimulu veriləcəkdir. AQS çərçivəsində göstəriləcək yardım Fəaliyyət Planlarında və ya digər oxşar sənədlərdə birgə müəyyən edilmiş siyasi prioritetlərlə daha yaxından əlaqəli olacaq, göstərdiyimiz yardımın Aİ-nın siyasi prioritetlərinə tam uyğun olduğunu təmin edəcəkdir.
Bundan başqa, yardım daha tez zamanda göstəriləcək, daha çevik və daha səmərəli olacaqdır. Tərəfdaş ölkələrdən olan vətəndaşlar da təklif edilən dəyişikliklərdən birbaşa faydalana biləcəklər. Aİ-nın xarici əməkdaşlığını Aİ-nın daxili alətləri ilə əlaqələndirməklə, məsələn, tələbə mobilliyi, gənclər proqramı və ya vətəndaş cəmiyyətinin dəstəklənməsi kimi sahələrdə uğurlu və indiyədək əsasən daxili olan Aİ proqramlarında iştirak mümkün olacaqdır. Biz həm də trans-sərhəd əməkdaşlığını qüvvətləndirmək və təkmilləşdirmək iddiasındayıq ki, bu da Aİ-na üzv dövlətlərin xarici sərhəd regionları ilə bizim AQS tərəfdaş ölkələri arasında konkret həmrəyliyin təzahürüdür.
Bizim qonşuluğun dəyişməsi iddialı bir layihədir və biz tərəfdaşlarımızın qərara aldığı cəsarətli islahatları dəstəkləmək arzusundayıq. Qarşımızda böyük çağırışlar var. Onlara çatmaq üçün biz öz tərəfdaşlarımızı dinləyəcək, təklifimizi onların konkret vəziyyətinə və ehtiyaclarına uyğunlaşdıracağıq. Biz tək hökumətlərlə deyil, getdikcə daha çox vətəndaş cəmiyyəti və insanlarla əməkdaşlıq edəcəyik.
Avropada iqtisadi böhran vəziyyətində Avropa Qonşuluğu üçün yeni büdcəyə dair bu təklif Komissiyanın Qonşuluğa qarşı cavabdehliyinin nə dərəcədə ciddi olduğunun göstəricisidir. Təkliflərimizin yeyin qəbul ediləcəyini və icra olunacağını təmin etmək üçün mən tam öhdəlik götürürəm.