Accessibility links

Tramp administrasiyası məktəblilərin STEM təhsilinə 200 milyon dollar ayırır


Tramp administrasiyası elm, texnologiya, mühəndislik və riyaziyyat (qısaca olaraq STEM - science, technology, engineering, math.) sahələrinə illik 200 milyon dollar miqdarında qrant vəsaitlərinin ayıracaqlarını elan edib.

ABŞ-da 6 milyon yeni iş yerinin açıldığı bir zamanda administrasiya rəsmiləri deyirlər ki, bu sahədə mütəxəssislərin çatışmazlığı səbəbilə onlar kompütür elmi ilə bağlı təhsilin genişləndirilməsi üzərində çalışırlar.

Administrasiyada müşavir vəzifəsində çalışan, prezident Donald Trampın qızı və İvanka Tramp deyib ki, ölkə üzrə məktəblərilərin akademik illərinin yarısından çoxunda kompüter kursları təklif edilmir.

İvanka Tramp deyib ki, “ölkə olaraq biz innovasiyaya qucaq açmalıyıq, amma bunu planlaşdırılmış şəkildə etməliyik.”

Bu elandan sonra Google və Facebook şirkətlərinin də oxşar təşəbbüslə çıxış edəcəyi gözlənilir.

İvanka Tramp qeyd edib ki, qadınlar texnologiya sahəsində işçi qüvvənin 22 faizini təşkil edirlər. 1990-cı ilə bu rəqəm 35 faiz idi. O əlavə edib ki, bu səbəbdən qrant vəsaitinə müraciət edən təşklilatlar proqramlarını hazılayanda gender və irqi müxtəlifliyə əhəmiyyət verməlidirlər.

Administrasiyanın yüksək vəzifəli rəsmisi bildirib ki, proqramın məqsədi hər tələbəyə texnologiya təhsili ala bilməsinə imkan yaratmaqdır.

“Biz bu proqramın bütün ölkəyə yayılmasını istəyirik. Təbii ki, bu proqram az təmsil olunan qrupları da daxil edir. Biz tələbələrimizin geridə qalmaması üçün əlimizdən gələni etməliyik.”

XS
SM
MD
LG