Accessibility links

ABŞ tarixində ən ağır kütləvi qırğının səbəbi hələ də aşkar edilməyib


Stefen Paddokun Nevada ştatının Las-Veqas şəhərində keçirilən konsert zamanı 58 nəfəri qətlə yetirməsindən, 500-ə qədər insanı yaralamasından bir həftədən çox keçməsinə baxmayaraq, araşdırmalar Birləşmiş Ştatlar tarixində ən ağır kütləvi qırğının arxasında nəyin durduğunu aşkar edə bilməyib.

Nevada ştatının Klark mahalının polis rəisi Co Lombardo Paddokun bilərəkdən cinayətin səbəblərini gizlətdiyini deyib və istintaqın yavaş getməsinin onu qəzəbləndirdiyini bildirib.

Co Lombardo
Co Lombardo

Paddok mehmanxananın 32-ci mərtəbəsindən 11 dəqiqə ərzində insan kütləsini atəşə tutmuş, polis otağa daxil olduqda isə özünü vurub öldürmüşdür.

Müstəntiqlər Paddokun qardaşı Eriki və Las-Veqasdan uzaq durması üçün Filippinə 100 min dollar göndərdiyi sevgilisi Marilou Danleyi dindirməkdə davam edir.

Bundan əvvəl də polis Stefen Paddokla bağlı istintaqın bir hissəsi olaraq axtarılan avtomobilin aşkar edildiyini bildirmişdi.

Medianın isə hüquq-mühafizə orqanlarına istinadən bildirdiyinə görə, ABŞ tarixində ən ağır kütləvi qırğın törədən Paddok bundan əvvəl də Çikaqo və Las-Veqasdakı mehmanxanalarda otaq bron edibmiş.

Məlumatda Paddokun avqust ayında Çikaqoda hər il yüz minlərlə insanın toplaşdığı "Lollapalooza" musiqi festivalının keçirildiyi yerdəki mehmanxanada iki otaq bron etdiyi bildirilib.

XS
SM
MD
LG