Missuri ştatının St.Luis şəhərində polisin qaradərili yeniyetməni öldürməsindən sonra baş qaldıran aksiyada nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edilib.
18 yaşlı Mənsur Ball-Bey dünən polislə qarşıdurma zamanı öldürülüb. O, evində axtarış aparan iki polis işçisinə silah tuşlayarkən güllələnib.
St.Luis polis idarəsinin rəisi Sem Dotson evdə olan digər bir şəxsin qaçmağa nail olduğunu bildirib.
Hadisə ilə bağlı xəbər yayıldıqdan dərhal sonra şəhər sakinləri aksiya təşkil edib. Polisə butulka və kərpic atan nümayişçilər gözyaşardıcı qazla dağıdılıb. 9 nəfər nəzarət altına alınıb.
Sonuncu hadisə 18 yaşlı Maykl Braunun polis tərəfindən öldürülməsinin birinci ildönümü vaxtına təsadüf edir.
Braunun ölümü Amerikada “Qaradərililərin həyatı əhəmiyyətlidir” adlı hərəkata start verib.