Accessibility links

ABŞ və Kanadada qar çovğunu ciddi fəsadlara səbəb olub


Güclü qar çovğunu bazar ertəsi Şimali Amerikanın bir hissəsini qarla bürüyüb. Hava şəraiti səyahətləri pozub və minlərlə evin elektrik enerjisini kəsib.

PowerOutage.us saytına görə, təxminən 120 000 amerikalı elektriksiz qalıb.

FlightAware uçuş izləmə veb saytının bildirdiyinə görə, bir gün əvvəl 3000 əlavə olaraq, bazar ertəsi günortadan sonra ABŞ-da 1600-dən çox daxili və ya xarici uçuş ləğv edilib.

Kanada hökumətinin saytına görə, Kanadanın Kvebek və Ontario bölgələrinin böyük hissəsi çovğun xəbərdarlığı altında olub. Kanadanın Global News telekanalının baş meteoroloqu Antoni Farnell Tvitter hesabında Torontoda 60 santimetrə qədər qar yağacağı gözlənilir - "şəhər üçün tarixi fırtına"- deyə, yazıb.

Toronto bölgəsi də daxil olmaqla, Kvebekdə və Ontarionun cənubunda bir çox məktəb bağlanıb. Şagirdlər tətildən sonra bazar ertəsi hər iki əyalətdə siniflərə qayıtmalı idilər.

Bazar ertəsi ABŞ-da milli bayram idi, buna görə də əksər məktəblər və bir çox müəssisələr artıq bağlanmışdı. ABŞ-da bir çox insan adətən uzun həftə sonu səyahət etmək fürsətindən istifadə edir.

ABŞ Milli Meteoroloji Xidmətinin məlumatına görə, 0,7 metr hündürlüyündə ən güclü qar Ohayo ştatının Ahtabula şəhərində qeydə alınıb. Xidmət tvitində "Qar, buz, külək və sahil daşqınları ilə bağlı əhəmiyyətli təsirlər böyük bir ərazidə davam edəcək" - deyə, bildirib.

Fırtına Floridada dağıdıcı tornadolara səbəb olub. Karolinada və Appalaçian Dağları bölgəsində buzlu şərait və güclü külək narahatlıqları artırıb.

3,6 metr hündürlüyündə fırtına dalğası qeydə alınan Bostonda güclü külək ağacları sındırıbı və sahilləri daşqınlara məruz qoyub.

Nəqliyyat hərəkəti ciddi şəkildə pozulub. Sürücülərə ABŞ-ın cənubundakı Arkanzas ştatından Kanadanın Kvebekinə qədər təhlükəli yol şəraiti və böyük səyahət baş ağrıları barədə xəbərdarlıq edilib.

Torontoda polis ekstremal hava şəraiti ilə əlaqədar magistralın iki hissəsini bağlayıb və sürücülərdən "həqiqətən zəruri olmadıqca" evdə qalmalarını istəyib.

ABŞ rəsmiləri də insanları avtomobil sürməkdən çəkindirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski BMT Baş Katibini və Türkiyə prezidentini Lvivdə qəbul edib
please wait

No media source currently available

0:00 0:13:32 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG