Accessibility links

Tramp porno ulduzunu tənqid edib


ABŞ prezidenti porno ulduzu Stormi Danielsin etibarlılığını sual edib. Donald Tramp bildirib ki, prezidentlə əlaqəsi barədə susmaq müqabilində ona pul ödənildiyi uydurmadır.

​"Mövcud olmayan bir şəxsin illər sonra eskizi yalandır. Bu yalnız mətbuatın axmaqlar üçün xəbər yaymasına işləyir.(Onlar da bunu bilir!)" - deyə, Tramp Twitter hesabında yazıb.

Donald Trampla əlaqəsi olduğunu iddia edən porno ulduzu Stormi Daniels CBS xəbər agentliyinə müsahibəsi zamanı əlaqəsini açıqlayacağını bildirməsindən sonra təhdidlərə məruz qaldığını və ailəsi üçün qorxduğu üçün Trampın vəkilindən susmaq pulu aldığını bildirib.

Əsl adı Stefani Klifford olan aktrisa idman zalına körpə qızı ilə bərabər getdiyi vaxt tanımadığı şəxsin ona yaxınladığını deyib.

Stormi Daniels
Stormi Daniels

"Həmin şəxs mənə yaxınlaşaraq, "Trampdan əl çək. Olanları unut" dedi. O, uşağa tərəf əyilərək, gözəl qızdır, anasına bir şey olsa rüsvayçılıq olar"- deyə, Stormi bildirib.

Hadisə 2011-ci ildə Las-Veqasda, onun sarı mətbuata hekayəsini satmaq istədiyi vaxt baş verib. Aktrisa bundan sonra illərlə qorxu içərisində yaşadığını və Trampın vəkili Maykl Kohendən 131 min dollar almaqla düzgün iş gördüyünü düşündüyünü bildirib.

Daniels iddia edir ki, prezidentlə seksual əlaqədə Lake Tahoe kurorotunda 2006-cı ildə olub.

Tramp isə ona pul ödənildiyini və ümumiyyətlə Danielslə əlaqəsi olduğunu inkar edir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG