Accessibility links

ABŞ prezidenti porno ulduzuna ödənilən pulu qaytardığını etiraf edib


ABŞ prezidenti 2016-cı il seçkiqabağı kampaniyası zamanı porno ulduzu Stormi Danielsə 130 min dollar ödədiyini etiraf etsə də, bu vəsaitin kampaniya fondundan götürülmədiyini deyib.

Tramp vəkili Maykl Kohenin pulu qadına ödədiyini və sonra ona pulunu qaytardığını deyib. Məbləğ qadına illər öncə Trampla əlaqəsi barədə susmas müqabilində ödənilib.

Onlar arasında bir gecəlik əlaqə 2006-cı ildə Nevada mehmanxanasında, Trampın xanımının doğuşundan bir neçə ay sonra baş tutub.

Prezident Twitter şərhində bildirib ki, Kohenin ödədiyi pul "kampaniyadan olmayıb" və "kampaniya ilə heç bir əlaqəsi yoxdur".

Tramp deyib ki, 39 yaşlı Danielslə razılıq əldə edilməsi məşhurlar arasında normal bir haldır.

Kohenə pulun qaytarıldığını ilk olaraq ABŞ dövlət başçısının vəkillərindən biri, sabiq Nyu-York meri Rudi Culiani deyib.

Rudi Culiani
Rudi Culiani

Fox News-a müsahibəsi zamanı o, Trampın ödənişin hansı yolla edildiyindən xəbərsiz olduğunu bildirib.

Culianı əlavə edib ki, prezident vəkilin hansı yolla porno ulduzu ilə razılıq əldə etdiyini də bilmirdi.


O, Danielsə ödənişin Tramp kampaniyasının həssas vaxtına təsadüf etdiyini deyib. Culianı deyib ki, təsəvvür edin ki, məsələ ortaya çıxsa idi, nə olardı. O, vəkilin işini gördüyünü və bunu düzgün şəkildə gördüyünü bildirib.

XS
SM
MD
LG