Accessibility links

Ədliyyə Nazirliyinin Trampın yaxın dostunun məhkəmə işinə müdaxiləsi şok təsir buraxıb


ABŞ Ədliyyə Nazirliyinin prezident Trampın yaxın dostu Rocer Stounun məhkəmə işinə müdaxilə etməsindən sonra Federal Hakimlərin Milli Assosiasiyası çərşənbə günü növbədənkənar toplantı keçirəcək.

Bu haqda Amerikanın Səsinə assosiasiyanın rəhbəri, hakim Sintiya Ruf bildirib.

Rufun sözlərinə görə, assosiasiya üzvləri ayrı-ayrı hakimlərə təsir göstərilməsindən narahatdır. Görüş zamanı gündəmdə olacaq məsələ məhz bu olacaq.

Əlavə məlumat verməyən hakim həmkarlarının gələn bahar sessiyasınadək gözləyə bilməyəcəklərini əlavə edib.

Ötən həftə Ədliyyə Nazirliyinin öz prokurorlarının tövsiyələrini geri götürərək, Konqresə Rusiyanın ABŞ seçkilərinə müdaxiləsinə dair yalan məlumat verməkdə ittiham edilən Stounun cəzasının yüngülləşdirilməsi təklifi şok yaradıb.

Stounun işini aparan prokurorlar onun 7 ilə 9 il arasında azadlıqdan məhrum edilməsini istəmişdi.

Lakin prezident Trampın bu tələbi “ədallətsiz” və “dəhşətli” adlandırmasından sonra nazirlik daha yüngül cəza tələb etmişdi.

Stounun işi ilə bağlı 4 prokurordan 3-ü işdən uzaqlaşmış, digəri isə istefa vermişdi.

Stouna cümə axşamı günü hökm çıxarılmalıdır. Onun həbs müddəditnə hakim Emi Berman Cekson qərar verəcək.

Cekson çərşənbə axşamı günü Stounun vəkilləri ilə prosesin başlanğıcına dair tele-konfrans keçirərək bunun təxirə salınması tələbini rədd edib. O, işin təyin edilmiş qrafikə uyğun şəkildə aparılacağını deyib. Hakim Sounun cəzasının dərhal çəkməsinə başlamasınını ehtiyac olmadığını bildirib.

Cekson prezidentin tənqidlərinə tez-tez tuş gələn sabiq prezident Barak Obama tərəfindən hakim təyin edilib.

Ötən həftə prezident Ceksonu sabiq kampaniya meneceri Pol Manafortun təcridxanaya salınması qərarını tənqid etmişdi.

Hakim Rufun sözlərinə görə, Federal Hakimlərin Milli Assosiasiyası Stounun işinə müdaxilə etməyəcək, lakin Ceksona dəstək verəcək.

Stounun məsələsi azad ədliyyə sisteminə siyasi müdaxilə Konqresdə suallar yaradıb.

Ötən həftə Tramp baş prokuror Vilyam Barra Stounun işini “öz əllərinə aldığı” üçün təşəkkürünü bildirib. Lakin həm Barr, həm də prezident baş prokurordan işə qarşımasını xahiş etdiklərini inkar edir.

Ədliyyə Nazirliyinin 200-ədn çox sabiq işçisi Barrın istefasını tələb edib.

Barr ABC News-a müsahibəsi zamanı prezidentin tvitlərinin onun işini görməsini imkansız etdiyini deyib. O əlavə edib ki, Konqres, prezident və ya qəzet kolleqiyası olmasından asılı olmayaraq, “ona təzyiq göstərilməsinə” imkan verməyəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG