Accessibility links

STP üzvləri Böyük Britaniya səfiri ilə görüşüb


Sivil Toplum Platforması
Sivil Toplum Platforması

Sivil Toplum Platformasının (STP) üzvləri Böyük Britaniyanın Azərbaycandakı səfiri Carole Croftsla görüşüb. Bu barədə STP-nin məlumatında deyilir.

Məlumatda deyilir ki, görüşdə STP üzvləri britaniyalı diplomatla ölkədəki ictimai-siyasi vəziyyət, vətəndaş cəmiyyəti və medianın hüquqi və praktik durumu, siyasi azadlıqlar və siyasi məhbus problemləri, sosial-iqtisadi vəziyyətin ağırlaşması, Avropa Məhkəməsi qərarlarının icra vəziyyəti, həmçinin mövcud problemlərdən çıxış yolları və beynəlxalq qurumlarla Azərbaycanın münasibətləri müzakirə edilib.

XS
SM
MD
LG