Accessibility links

Əfqanıstan və Pakistanda güclü zəlzələ baş verib


Pişəvər, Pakistan. 21 mart, 2023.
Pişəvər, Pakistan. 21 mart, 2023.

Çərşənbə axşamı gecə saatlarında Əfqanıstan, Pakistan və Hindistanın bir hissəsində ən azı 30 saniyə davam edən zəlzələ baş verib. ABŞ Geoloji Araşdırma Mərkəzi zəlzələnin 6.5 bal gücündə olduğunu bildirir.

"İnsanlar evlərindən qaçıb, Qurandan ayələr oxuyurdu" , AFP-nin Pakistanın Ravalpindi şəhərində olan müxbiri deyib. Ölkənin digər hissələri və Əfqanıstandan da bənzər xəbərlər gəlir.

ABŞ-ın Geoloji Araşdırma Mərkəzi 187 zəlzələnin episentrinin Əfqanıstanın şimal-şərqindəki Curm yaxınlığında, dərinliyinin isə 187 kilometr olduğunu bildirib.

Əfqanıstanda, xüsusilə də Avrasiya və Hindistan tektonik plitələrin kəsişdiyi yerə yaxın yerləşən Hindukuş dağlarında tez-tez zəlzələlər olur.

Ötən ilin iyun ayının 22-də Əfqanıstanın yoxsul Paktika vilayətində 5.9 bal gücündə zəlzələ nəticəsində 1000-dən çox insan həyatını itirib, on minlərlə insan evsiz qalıb. Bu, son 25 ildə Əfqanıstanda baş verən ən güclü zəlzələ olub.

XS
SM
MD
LG